Menu

Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırıb

15.03.2022, 18:03
Britaniyanın Azərbaycandakı səfirliyi bəzi viza xidmətlərini dayandırıb

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bəzi kateqoriyalar üzrə yeni viza müraciətləri müvəqqəti olaraq qəbul etməyəcək.

“Report” xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin tviter hesabında qeyd olunub.

“Təhsil, iş və ailə üzrə yeni viza müraciətləri üçün “prioritet” və “super prioritet” viza xidmətləri müvəqqəti olaraq dayandırılıb. Standart ziyarətçi vizalarının hazırlanması orta hesabla 6 həftə çəkir”, - səfirlik bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol