Menu

AFFA-ya YENİ BAŞ KATİB TƏYİN OLUNDU - Foto + DOSYE

17.03.2022, 14:17
AFFA-ya YENİ BAŞ KATİB TƏYİN OLUNDU - Foto + DOSYE

AFFA-nın baş katibi dəyişib. Bu, qurumun İcraiyyə Komitəsinin bu gün videokonfrans formatında keçirilmiş iclasında gerçəkləşib.

AVRO-2020-nin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, baş katibin müavini Sərxan Hacıyevə AFFA-nın baş katibi vəzifəsi həvalə olunub.

O, yeni vəzifədə Elxan Məmmədovu əvəzləyib. 2007-ci ildən AFFA-da baş katib vəzifəsini tutan E.Məmmədov bundan sonra yalnız icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.Qeyd edək ki, Sərxan Emin oğlu Hacıyev 1987-ci il iyulun 8-də Daşkənd şəhərində anadan olub. 1993-2004-cü illərdə Bakı şəhərində Məktəb-Lisey Kompleksinin 200 saylı orta məktəbində, sonra isə 43 saylı liseyində təhsil alıb.

2004-2008-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

2006 - 2008-ci illərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) bayrağı altında keçirilən uşaq-gənclər yarışlarında hakimlik edib.

2008-2009-cu illərdə həqiqi hərbi xidmətdə olub.

2009-cu ildən bugünədək AFFA-da işləyir:

  • 2009-2011 - Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi
  • 2011-2012 - Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri
  • 2012-ci ildən bugünədək baş katibin müavini
  • 2011-2013-cü illərdə AFFA və Liverpul Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

    2014-2015-ci illərdə UEFA və Lozanna Universitetinin “Futbolda idarəçilik” mövzusunda birgə təşkil etdiyi təhsil proqramında təhsil alıb.

    2015-ci ildən etibarən UEFA nümayəndəsi kimi beynəlxalq futbol oyunlarının təşkilində iştirak edir.

    2016-cı ildə Bakı şəhərində keçirilən 17 yaşadək futbolçulardan ibarət komandalar arasında UEFA Avropa Çempionatının Final mərhələsi turnirinin direktoru olub.

    2012-2021-ci illərdə Azərbaycanda keçirilən mötəbər futbol tədbirlərinin təşkilat komitələrində işləyib:

  • 2012-ci il, FIFA 17 yaşadək qızlardan ibarət komandalar Dünya Çempionatı – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
  • 2013-cü il, Hərbçilər arasında Futbol üzrə 1-ci Dünya Kuboku – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
  • 2014-cü il, Futzal üzrə UEFA Kubokunun Final mərhələsi turniri / “Dördlər finalı” – Beynəlxalq Əlaqələr üzrə məsləhətçi
  • 2019-cu il, UEFA Avropa Liqasının Final oyunu – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
  • 2021-ci il, UEFA Avropa Çempionatının Final mərhələsi turniri / AVRO-2020 – Dövlət Qurumları ilə əlaqələndirici nümayəndə
  • Azərbaycan, rus, ingilis və türk dillərini bilir.

    Şərhlər

    Amon 2022-03-18 01:05:10

    Balaca elxan

    SAVALAN 2022-03-17 20:33:33

    Yenə sifarişli təyinatlar... Yenə ayrılan pulların əvvəlki şəkildə mənimsənilməcək...! Qısaca -köhnə hamam, köhnə tac !!!

    Nazim 2022-03-17 16:22:20

    Elxan Məmmədov Affa dan qovulmayıbsa
    dəyişən bir şey yoxdur

    Telegram-da bizə qoşulun
    Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
    Abunə ol