Menu

"Rusiya bizə hücum etməklə 25 ildə qazandıqlarını məhv etdi” - Zelenski

18.03.2022, 18:16
"Rusiya bizə hücum etməklə 25 ildə qazandıqlarını məhv etdi” - Zelenski

“Rusiya Ukraynaya hücum etməklə 25 ildə qazandıqlarını məhv etdi”.

“Report” Ukrayna Prezidenti ofisinin feysbuk səhifəsinə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 18-də videomüraciətində bildirib.

“Rusiya Ukraynaya hücum etməklə 90-cı illərin qarmaqarışıqlığına qayıdacaq. Onlar Ukraynaya qarşı müharibədə öz milli sərvətlərini yandırmaqdan əl çəkmirlər. Əminəm ki, bizə hücum etməklə Rusiya cəmiyyətini məhv edəcəklər. Bu, onlar üçün süqut, ağrılı süqut olacaq”, - Volodimir Zelenski qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol