Menu

RUSİYA "SÜLHMƏRAMLILARI"nın YENİ TƏXRİBATI - Bordov təzədən Xankəndində peyda olub və...

19.03.2022, 18:20
RUSİYA "SÜLHMƏRAMLILARI"nın YENİ TƏXRİBATI - Bordov təzədən Xankəndində peyda olub və...

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazimizdə erməni-separatçı ünsürlərin əli ilə Azərbaycan əleyhinə təxribatlar və hoqqabazlıqlar davam edir. Onlardan biri də az öncə Rusiyanın “dobro”su ilə, süni şəkildə yaradılmış və Qarabağdakı çoxəsrlik demoqrafik reallığa heç bir dəxli olmayan qondarma “rus icması” ilə bağlıdır.

Bu uydurma təsisat heç də ölkəmizə münasibətdə xoş məramdan qaynaqlanmır və daha çox gələcəkdə Bakıya hansısa əlavə təzyiq rıçaqı yaratmaq niyyəti güdür. 

Xatırladaq ki, həmin “icma”nın rəhbəri Rusiya xüsusi xidmət orqanlarına bağlı olan, rus soyadlı, lakin erməni kökənli Aleksandr Bordovdur. Onun özü Rusiyada yaşasa da, vaxtaşırı təxribat törətmək üçün Xankəndinə göndərilir. .

"Musavat.com"-un  erməni mediasına istinadən verdiyi məlumata görə, Bordov bu günlərdə təzədən Xankəndində peyda olub və onun “təşəbbüsü” ilə martın 15-də “Dağlıq Qarabağda xristian ruhaniləri ilə islam dini nümayəndəsinin görüşü olub”. Tədbirə Rusiya sülhməramlı kontingentin tərkibində xidmət edən və müxtəlif dini konfessiyaların, o cümlədən islam inancına malik hərbçilərin də qatıldığı deyilir.

Məlumatda daha sonra bildirilir ki, Bordov öz çıxışında tarixi rus-erməni dostluğundan və pravoslav-müsəlman birliyindən (?!) dəm vurub.

Üzdəniraq “dini tolerantlıq tədbiri”ndə erməni qaynağının “müsəlman din xadimi” kimi təqdim elədiyi Umaxan Saygitov ad-soyadlı bir tipin də iştirak və çıxış elədiyi bildirilir.  Rusiya xüsusi xidmət orqanlarının agenti olduğu şübhə doğurmayan bu "imam"  ermənilərin yaşadıqlaı ərazilərdən ”müsəlman-azərbaycanlıların axırıncı nəfərinədək qovduğunu, etnik təmizlənməyə və soyqırımına məruz qoyduğunu, məscidlərin yerlə-yeksan etdiklərini "yaddan çıxararaq", tədbirə görə  saxta rus icmasınanın rəhbərinə minnətdarlıq edib 

"Biz gerçəkdən də tarixən çox yaxınıq. Əzabkeş Qarabağ torpağında davamlı sülh üçün hər şeyi etmək lazımdır" -deyə bildirib.

"Absurddur, deyilmi? Əlbəttə ki, köklü müsəlman-türk əhalinin qovulduğu, 1992-ci ildən bu yana bircə müsəlmanın yaşamadığı Azərbaycanın bu qədim torpağında belə bir üzdəniraq, təxribatçı, eyni zamanda karikatur tədbirin keçirilməsi dinə, imana, İslama, dinlərarası münasibətlərə, insaniyyətə təhqirdir. Aydındır ki, geydirmə tədbir sırf siyasi məram güdür. Anklavdakı kriminal xunta rejimini ayaqda saxlamağa, orada guya dini tolerantlığın hökm sürdüyü barədə görüntü yaratmağa xidmət edir. Bu eyni zamanda, Rusiyanın ölkəmizə qarşı ikili və təzyiq siyasətinin yeni təzahürüdür. Olayın Ukraynadakı müharibə fonunda baş verməsi də diqqət çəkməyə bilməz"  - deyə, yazıda vurğulanıb.

Xatırladaq ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən ay imzaladıqları Moskva Bəyannaməsində tərəflərin bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıması, separatçılığa, digər təhlükələrə qarşı birgə mübarizə haqda konkret bəndlər də var. Ancaq görünür sülhməramlı kontingentin rəhbərliyi ya Putinin imzasına hörmət qoymur, ya da Moskvadan belə təlimat alıb. 

"AzPolitika.info"

Şərhlər

Ali 2022-03-20 10:29:42

Beş Bakıda rus bayraqları ile yürüş keçirən,yağ bal içerisinde bəslənən rus icması niye susur ,bir açıqlama vermir?

Ali 2022-03-20 10:27:33

Beş Bakıda rus bayraqları ile yürüş keçirən,yağ bal içerisinde bəslənən rus icması niye susur ,bir açıqlama vermir?

t.ədalət 2022-03-20 09:22:52

Bordov,əslində Putinin göndərişi ilə gəlir.Rus kilsələrində geyliklə məşğul olan bu nadürüstlərin hamısı Rusiya kəşfiyyat idarəsinin əbləhləridir.Təəssüf ki belə bir əbləhlərdən birini-- Azərbaycandakı kilsələrdən birində kəşfiyyat şəbəkəsinin rəhbəri olan keşişi bizim hökumət Birinci fəxri Xiyabanda dəfn etdi...

TT 2022-03-20 05:07:00

Ne qederki kolidor onnardadi belede olacaq!Qilinci vermishik dushmana , oda nece isteyir firladir, ,,

korrektor 2022-03-19 20:02:44

"rus sülhməramlıları" ölkəmizdən qovulmalıdırlar. Başqa yol yoxdur!

Nasimi 2022-03-19 19:56:55

Səbirli olaq, işlərimizi ehtiyatlı tutaq (hazırlıqlı olaq hər mənada). Gəlib diz cöküb cörək istəyəcəklər. Şimaldan qacıb Avropaya gedirlər. Biz güclənməkdə davam edək. Başqa yol yoxdur.Zəngəzura və İrəvana da qayıdacayıq.

Cabir 2022-03-19 18:35:19

Belə hal rsmi qururmlar tərəfindən dərhal qymətləndirilməli vəRusiyaya siddi Nota verilməlidir.yBelə halı qulaq ardına vurmaq Azəbaycana olduqca təhkükəlidir.

turan 2022-03-19 17:45:32

Çox az qalıb. İmperiyanın bel sütunu qırılıb, günü -gündən zəifləyir,ilin axırına sağ çıxmaz

MÜƏLlifə, Eliyə, TTyə 2022-03-19 13:53:43

Doğrusu bu tədbir təxribata da, barışığa da cəhd kimi görünür. Şərhlərin birində il öncə hər sülhməramlının yanında daim eyni uyğun çinli Azərbaycan hərbçisi və polisinin MÜŞAYİƏTİ TƏKLİFİ görmüşdüm! Səlahiyyətlər necə bərpa olunacaq? Ya da ki, Ermənistana adekvat CÜRƏT gərək-Qarabağda bir erməni də, iddiaçı da qalmamalıdır!?

Türk Turan 2022-03-19 13:23:24

Dahi şairimiz Nizami Gəncəvi "İskəndərnamə"-də nə gözəl deyib: “Adamlıq gözləməz bir kimsə rusdan,
Ki bənzər insana yalnız baxışdan”

TT 2022-03-19 13:09:08

Ne qederki kolidor onnardadi belede olacaq!Qilinci vermishik dushmana , oda nece isteyir firladir, ,,

Eli 2022-03-19 13:03:31

Ne qeder ki bu “Sülhmeramlı ruslara” ve gerizekalı “qucaq”” milleti olan separatçı ermenilere Türk “ Pazı” tetbiq olunmayıb bu düşükler hele çox “konsertler” ifa edecekler.Ancaq bu ruslar Ukraynaya göre yaxın müddetde çökecekler bşr dövlet kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol