“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 31 oktyabr 2014-cü il tarixində Qax şəhərində “Qloballaşma prosesində mənəvi əxlaqi dəyərlərin qorunması“ mövzusunda tədbir kecirib.
Tədbiri giriş sözü ilə layihənin rəhbəri Tələt Qəribov açaraq tədbir iştirakcılarını salamladı və mövzunun əhəmiyyəti barədə tədbir iştirakçılarına məlumat verdi. Qaçılması mümkün olmayan qlobalaşma prosesində dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatlarının da üzərinə düşən vəzifələrdən danışıldı.
Sonra Qax rayonunun Ağsaqqallar şurasının sədri Nadir Aşurov mövzunun əhəmiyyəti və regiona xas xüsusiyyətləri barədə seminar iştirakçılarına geniş məlumat verdi. Qax rayon Təhsil şöbəsinin mudür müavini Babək Heydərov çıxış edərək mənəvi-əxlaqi dəyərlərimizin aşınmasında süni faktorları sadaladı və bu kimi tədbirlərin yalnız rayon mərkəzində deyil, kənd nümayəndəliklərində də təşkil edilməsini məqsədə uyğun hesab etdi.
Mərkəzləşdirilmiş kitabxananın direktoru Güllü Əhmədova öz cıxışında mövzunun aktuallığından bəhs etdi. Gənclərimizin son vatxtlar asudə vaxtlarının düzgün təşkil olunmamasından söz açaraq, onların son dövrlərdə kitaba marağının azalmasını müasir texnologiyanın inkişafı ilə əlaqələndirdi. Tədbirin sonunda Qax Rayon İcra Hakimiyyətinin nümayəndəsi Elsəvər Qumuxov çıxış edərək tədbirin ailəyə sədaqətlik, mərdlik, qonaqpərvərlik, özündən böyüklərə ehtiram, vətənpərvərlik, abır-həya, dinə inam mövzusunun qoyuluşunu yüksək qiymətlədirdi.
Tədbir iştirakçıları mövzü ətrafında geniş fikir mübadiləsi apardılar və bəzi televiziyalarda gedən şou proqramlarının mənəvi-əxlaqi dəyərlərimizə mənfi təsirlərindən söz açdılar. Aparılan müzakirələrin nəticəsində münasib təkliflər hazırlanaraq ictimaiyyətə və mətbuata təqdim olundu.
[gallery ids="66790,66791,66792,66793,66794,66795"]

Şərhlər