Menu

Azərbaycanlı gənc elmi araşdırmaçı Londonda elmi konqresdə çıxış edib

22.03.2022, 13:45
Azərbaycanlı gənc elmi araşdırmaçı Londonda elmi konqresdə çıxış edib

Martın 21-i Böyük Britniyanın paytaxtı London şəhərində “Qabaqcıl Materialşünaslıq elmi üzrə 3-cü Dünya Konqresi” keçirilib. Konqresdə Azərbaycandan dəvət olunmuş gənc elmi araşdırmacı, “Baku Steel Company” QSC-nin şirkətinin Baş Direktorunun İstehsalat üzrə 1-ci müavini Ramin İsmətbəy oğlu Kərimov “Metallizləşdirilmiş xammalardan istifadə etməklə Elektrik Qövs Sobalarında (EQS) polad istehsalı” mövzusunda elmi məruzə ilə çıxış edib.

Mövzu gənc alim və mühəndisin apardığı yeni innovativ texnologiyaların tədqiqi və onun istehsalatda tətbiqinə həsr olunub. Belə ki, dəmir filizindən alınan metallizləşdirilmiş xammallardan (HBİ, DRİ) resurslara qənaətli əritmədə istifadə bu gün dünya metallurgiyasında aktual mövzu olmaqla yanaşı, Daşkəsən Dəmir filizi yataqlarının işlənməsini və burada həmin xammalların istehsalının təşkilini nəzərə alsaq, ölkəmiz üçün də çox önəmlidir.

Ramin Kərimov, metal tullantılarına alternativ xammal olan bu məhsullardan elektrik poladəritmə daha çox resurslara qənaətli və daha çox iqtisadi səmərə ilə əridilməsini elmi əsaslarını və praktik tətbiq sxemlərinin geniş izahını verib.

Mütəxəssisin çıxışı Londonda konqres iştirakçılarının və elm adamlarının böyük marağına səbəb olub.

Xatırladaq ki, Ramin Kərimov 60-a yaxın eli məqalənin, 1 elmi ixtiranın, 1 elmi monorafiyanın müəllifidir və ötən il Texnika üzrə Elmlər Doktoru elmi dərəcəsi üçün dissertasiyada müdafiə edib.

Eyni zamanda Ramin Kərimov Azərbaycan Dövlət Neft və Sənaye Universitetində "Materialşünaslıq və emal texnologiyaları" Kafedrasında müəllim kimi Magistr tələbələrə dərs deyir.

Ramin Kərimov həmçinin Birləşmiş Ərəb Əmirliyinin Fujeyra şəhərində yerləşən, illik istehsal gücü 1 milyon ton polad istehsalı olan “United Steel İndustries” zavodunun tikintisinə və işə başlamasına rəhbərlik edib. O, Sumqayıt şəhərində Kimya Sənaye Parkında yerləşən, Azərbaycanda ilk dəfə Ferroərintilər istehsalı ilə məşğul olan, “Baku Non Ferrous and Foundry Company” zavodunun idea müəllifi olmaqla yanaşı, bu zavodun da tikintisinə və işə başlamasına rəhbərlik edib.     

"AzPolitika.info"

Şərhlər

İskəndərov 2023-06-10 12:08:10

Uğurlarınız davamlı olsun

İskəndərov 2023-06-10 11:44:02

uğurlarınız davamlı olsun.

Ali Quliyev 2022-10-14 22:15:27

Səninlə fəxr edirik, dayı!

Lalə 2022-03-28 12:17:20

Ramin müəllim, gözəl insan, savadlı mütəxəssis,fəxr edirik uğurlarınıza. Allah Sizi qorusun

GŰLLŰ QULIYEVA 2022-03-24 22:20:19

FEXRIMIZSIZ RAMIN MŰELLIM.
UĜURLARINIZ DAVAMLI OLSUN.
ALLAH SIZI QORUSUN

Dadaş Mirzağayev 2022-03-23 21:33:06

Allah sizi qorusun, yeni- yeni ixtiralara imza atasınız

Ağamirzə Dünyamalıyev 2022-03-23 19:31:32

Hər bir həmyerlimizin uğuru, bütövlükdə ölkəmizin uğuruna bərabərdir. Ramil müəllimə gələcək fəaliyyətlərində uğurlar diləyirəm. Allah yolunu açıq etsin inşaallah.

Rafael Melikov 2022-03-23 19:29:03

Ramin muallim, metallurgiya senayisinde yuksek nailiyyet elde etmisdir, Allah qurusun.

Namiq Əhmədov 2022-03-23 14:53:30

Allah rəhmət etsin Ramiz Zadayevə. Baku Steel Co-nun ideya müəllifi kimi Oktay Rəfiyev, Ramin Kərimov kimi oğullaraı irəli çəkəndə coxlarıaçıq aşkar bir şey deyə bilməsələr də ağız büzürdü. İndi baxın zaman zözünü necə dedi: Raminin səsi uzaq Londondan gəlir!!! Var ol Dəyərli Alim, dəyərli Mühəndis! Uğurların bol olsun....

Эюб Акбер оглу 2022-03-23 13:58:05

Аллаh горусун сене jени ухурлар арзу едирем!

Vüqar Məmmədov ex BSC 2022-03-23 12:58:31

Deməli MİDREX prosesi Azərbaycanda da tətbiq olunacaq!

Həkim A. Əkbərov BSC 2022-03-23 01:44:20

Uğurlar olsun sizi kimi oğullarla Azərbaycan xalqı fəxr edir.

Firdovsi Fərzəliyev 2022-03-22 20:20:21

Siz bizim fəxrimizsinz.Azərbaycanın gənc aliminə uğurlar diləyirəm.

Mehdi Babayev 2022-03-22 17:51:51

Ən aşağısı 10 dəfə oxumuşam. Hər oxuduqca adamda fərəh hissi yaranır. Qoy Allah Sizi bədnəzərdən uzaq eləsin

Nizami 2022-03-22 17:51:08

Biz sennen fexr edirik Allah qorusun

XOSROV KƏRİMOV 2022-03-22 17:08:06

Çox şad oldum! UĞURLARINA.

ISGENDEROV NIZAMI 2022-03-22 17:07:23

Allah seni saxlasin işlerinda ugurlar Maşallah olsun biz hamimiz seninle fexr edirik

Anar 2022-03-22 16:26:38

Allah komek olsun, fexrimizdir....

Октай Керимов 2022-03-22 16:15:43

Ай машаллах Эми охлк

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol