Menu

Nərimanov rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edilib - FOTOLAR

22.03.2022, 13:45
Nərimanov rayonunda Novruz bayramı təntənəli şəkildə qeyd edilib - FOTOLAR

Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində Novruz bayramı təntənəli şəkildə qeyd edilib. Çoxsaylı rayon sakinlərinin iştirakı ilə keçirilən bayram tədbirində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş komandan İlham Əliyevin dahi sərkərdəliyi və uzaqgörən siyasəti nəticəsində Novruz bayramının artıq ikinci ildir ki, Azərbaycanda böyük ruh yüksəkliyi ilə qeyd olunduğu, bayram tonqallarının 30 il həsrətində olduğumuz Qarabağda – Şuşada, Ağdamda və digər azad edilmiş torpaqlarımızda alovlandırıldığı bildirilib.

Populyar və sevilən incəsənət nümayəndələrinin iştirakı ilə baş tutan konsert tədbiri rayon sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.

Bayram konserti möhtəşəm atəşfəşanlıqla başa çatıb. 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol