"O, silikonlu “kukla”dır, özünü neçə dəfə “yığdırıb”

Müğənni Təranə Qumral Nazəninin “Onu həyat yoldaşımla tutmuşam” açıqlamasına münasibət bildirib. “Qafqazinfo”ya açıqlamasında ifaçı həmkarını onun ailəsini dağıtmaqda ittiham edib: “Bu hadisələr verilişdən sonra baş verdi. Nazənin deyir ki, Təranəni həyat yoldaşım ilə tutmuşam. Onun 7 həyat yoldaşı olub. Hansı ilə tutub məni? Ad-soyad desin, şəkil göstərsin. Təranənin bir həyat yoldaşı var, o da ki, Musa Musayevdir. Bunu bütün aləm, el-oba bilir. Bu söhbəti mən açdım ki, Nazənin ailəmi dağıtmaq istəyirdi. Nazənin kiminsə ərindən uşaq doğub. 21 ildir bu ailədə can qoymuşam, Musa ilə ər-arvadıq. Mənə deyir ki, Musa sənin ərin deyil. Azərbaycan xalqı bizi birlikdə görüb, mən ailəmi Nazənin kimilərə yem etmərəm. Nazənin 62-ci il təvəllüdlüdür, uşağının 2 yaşı var. O, silikonlu “kukla”dır, özünü neçə dəfə “yığdırıb”. 50 yaşlı qadın uşaq doğa bilməz. O, ancaq süni mayalanma ilə uşaq doğa bilər. Məhkəməyə müraciət etməyi düşünmürəm, məhkəməyə sərf etməyə vaxtım yoxdur, ailəmə bağlı insanam. Üç övladım var, onları gözəl böyütmüşəm. İki qızımı ərə vermişəm. Deyir ki, nümunəvi ailəm var. O hansı nümunədən danışır? Onun qızı ərə gedib, bir il sonra uşaqla geri qayıdıb. Nazənin 7 kişiyə ərə gedib, sadəcə o kişilər ailəli olduqları üçün adlarını açıqlamıram. Mənim əlimdə faktlar var. Nümunəvi ailə mənimki sayılır. Qudalarımı, ailəmi bir yerə yığıb televiziyaya çəkdirəcəm. Qızımı 17 yaşında ərə vermişəm, 8 ildir ailəlidir. O biri qızımı təzə ərə vermişəm, övladı olub. Hamıya gözəl gün qismət olsun”.

Nazənin lent.az-a açıqlamasında bildirib ki, T.Qumralla aralarında olan qalmaqalla əlaqədar həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edib: “Ötən gün baş verən xoşagəlməz olayla bağlı yoldaşım artıq rəsmi şəkildə məhkəməyə müraciət edib. O, çox əsəbiləşib və bu məsələyə nəzarət edir. Bundan sonra bizi məhkəmədə hüquqlarımızı vəkilimiz Adəm Məmmədov müdafiə edəcək. Bir neçə günə bütün mətbuata bəyanat təqdim olunacaq. Sonra isə bütün mediaya açıqlama, süjet verilməsinə icazə verilməyəcək. Olayla bağlı sevənlərimə məlumat verməyi özümə borc bildim. Bu mövzu mən istəmədən ictimailəşdi. Amma sevənlərimdən olayın şəxsi olduğunu nəzərə alaraq, olaya səbrlə yanaşmalarını xahiş edirəm. Mənə edilən böhtanlar, təhqirlər hüquqi müstəvidə həllini tapdıqdan sonra mətbuata açıqlama veriləcək”.

Nazənin həyat yoldaşının adını açıqlamasa da, bildirib ki, rəsmi nikahdadır: "Mənim rəsmi nikah şəhadətnaməm var və ailəli olmağım 1 il əvvəl xəbər portallarının birində dərc olunub. Əgər mətbuat işçiləri inanmasa, maraqlanmaq istəsə, Xətai rayonu "Zaqs" şöbəsinə müraciət edə bilərlər. Bundan sonra heç bir açıqlama verməyəcəm. Yalnız vəkilim danışacaq. Sonda kimin haqlı olduğu bilinəcək".

T.Qumral Nazəninin onu məhkəməyə verəcəyinə isə bu cür şərh verdi: “Məni məhkəməyə verir, versin. Mənim də məhkəmədə deyəcək sözlərim var. Mən faktlarla danışıram, danışacam. Mən yalandan ordan-buradan eşitdiyimi danışan adam deyiləm. Əlimdə yetərincə əsaslarım, materiallarım var. İl yarım ərzində yerimdə sakit oturmamışam ki... Mən də onun barəsində nələrisə araşdırmışam. Getsin, versin məni məhkəməyə. Nəyə görə verəcək ki? Yeddi dəfə ərə getdiyini demişəm. Ona görə verəcək? Musanın evini yıxmaq üçün bu söz-söhbəti yaratdılar. Qızımın toyu ərəfəsində bu cür ittihamlara susdum. Bu qalmaqal içərisində mən toy da elədim. Nazənin evli bir kişidən uşaq doğub, özü də ki, süni mayalanma ilə. O, hətta şəxsiyyət vəsiqəsində yaşını azaldıb. Bax, bunu heç kəs bilmirdi. Mən bunu ilk dəfə açıqladım. Yaş azaltmaqla deyil ki, sən silikonlu kuklasan”.

Vəfa

AzPolitika.info