“BUNLAR PUTİNİN ÇARƏSİZCƏ ÇABALADIĞINI GÖSTƏRİR...” – Uğursuzluğa düçar olan Rusiya prezidenti hansı addımları ata bilər?

“O, həm Rusiya ordusunu, həm də iqtisadiyyatı dağıdacaq”

"Putinin həyata keçirdiyi hərbi kampaniyanın ən təhlükəli fazasına giririk"

Ukrayna hərbçilərinin Rusiya ordusuna qarşı bacarıqla dirəniş göstərməsi Kremlin bütün planlarını pozub. Vaxt uzandıqca Rusiyanın hərbi və iqtisadi resursları tükənir. Ona görə də Rusiya ordusu Ukraynaya qarşı apardığı uğursuz döyüş taktikasını dəyişmək məcburiyyətində qalıb. Quru qoşunlarının strateji üstünlük qazana bilməyəcəyini anlayan Rusiya Baş Qərargahı mülki obyektlərin, yaşayış massivlərinin və infrastruktur komplekslərinin bombalanması əmrini verib.

Ukrayna Ordusuna gəlincə isə bu müharibədə onun ən zəif yeri müasir Hava Hücumundan Müdafiə sistemlərinin olmamasıdır. Lakin son məlumatlara görə, NATO bu problemi də həll etməyi planlayır.

“AzPolitika.info” bu mövzuyla bağlı Ukraynanın “Unian.net” portalında gedən materialların bir qismini oxuculara təqdim edir: “Günlər ötdükcə Putin rejimi Ukraynada daha çox çarəsizlik və qəddarlıq nümayiş etdirir, onun öz qonşusuna qarşı apardığı müharibə getdikcə daha xaotik hal almağa başlayır. Putin uduzduğunu və strateji mövqeyinin zəiflədiyini bilsə də, təcavüzdən əl çəkmək fikrində deyil.

Deməli, indi biz Putinin həyata keçirdiyi hərbi kampaniyanın ən təhlükəli fazasına giririk. Ona görə də ABŞ və Avropa bu vəziyyəti çox ehtiyatla idarə etməlidir.

Ukraynanın bu müharibədə ayaq usta durması və Putinin (ona tabe olan generalların) önünün kifayət qədər uzun müddətə kəsilməsi lazımdır ki, sanksiyalar öz təsirini hərtərəfli büruzə versin. Məhz bundan sonra Moskvadakılar anlamalıdırlar ki, Putinin apardığı bu müharibə onların vətənlərinə ağır iqtisadi və hərbi zərbə vurur.

Putinin çarəsiz çabalamaları aydın hiss edilir. Elə bu səbəbdən də o, daha da aqressivləşir. Gəlin, onun son bir neçə gündə atdığı addımlara nəzər yetirək:

- Rusiyanın iri miqyaslı hücumunu şücaətlə dəf etməyi bacaran Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüş taktikası dəyişdirilib. Ukrayna xalqının iradəsini və əzmini qırmaq üçün Rusiya hərbçiləri qəsdən mülkİ əhaliyə hücum edir, yaşayış massivlərini bombalayırlar.

- Düşünlümüş şəkildə Ukraynanın enerji infrastrukturuna ziyan vurulur.Onların hədəfi əhalini işıqsız, istiliksiz və susuz qoymaqdır.

- Putin Rusiya kəşfiyyatının bəzi zabitlərini ev dustaqlığında saxlayır. Guya ki, onlara ev həbsi cəzası uğursuz hərbi əməliyyata görə verilib. Amma ola bilər ki, bu, dövlət çevrilişinin qarşısının alınması məqsədi ilə edilib.

- Rusiya hərbi yardım üçün Çinə müraciət edib, digər tərəfdən isə Suriyadan müzdlu döyüşçülər gətirilməsinə çalışılır və buardakı başlıca məqsəd onların Rusiya ordusu ilə birgə şəhər döyüşlərinə cəlb olunmasıdır.

- Rusiya ordusu hərbi birliklərinin bir hissəsini dislokasiya olunduqları digər yerlərdən (Abxaziya, Ermənistan, Dağlıq Qarabağ, Tacikistan) götürüb Ukraynaya gətirir.

- Ukrayna ordusuna təchizat yardımı göstərən NATO güclərinə qarşı hücum etmək və Ukarynaya gələn təchizat yollarını bağlamaq istəyirlər.

- Dənizdən və havadan atılan qanadlı raketlər ilə Ukraynanın Yavoriv hərbi bazasının vurulması NATO zabitlərinin həlak olması ilə nəticələnə bilərdi. Və ya raket səhvən NATO ərazisinə düşə bilərdi ki, bunun ardından alyansdan sərt cavab gələcəkdi.

Bütün bunların hamısı qələbəyə heç bir əminliyi olmayan liderin hərəkətlərinin göstəricidir. Putin öz davranışları ilə qurduğu qambitin uğursuzluğa düçar olduğunu anlayan adam təsiri bağışlayır. O, bir tərəfdən hərbi əməliyyatların,digər tərəfdən isə uçuruma yuvarlanan iqtisadiyyatın yaratdığı təzyiq altında sıxış qalıb.

Bəs, bundan sonra Putin hansı tədbirlər görməyi düşünür? İki məqama xüsusi diqqət yetirməliyik.

Birincisi, apadığı müharibənin gözlədiyi ssenari üzrə getmədiyini başa düşən Putin nəyin bahasına olursa-olsun yenidən toparlanıb hansı nəticələrə gətirib çıxarmasından asılı olmayaraq, üstünlük əldə etməyə cəhd göstərəcək. Əgər Putin başqa çıxış yolu görmürsə, raket hücumlarını daha da şiddətləndirəcək və onun hətta kütləvi qırğın silahından(kimyəvi, bioloji və nüvə) istifadəyə əl atacağı da istisna deyil .

İkincisi, Putinin məğlub olmasının açarı Ukraynanın güclü dirənişi və ayaq üstə durmasıdır. Ona görə də Ukraynanın duruş gətirməsi üçün Qərbin onu hər cəhətdən dəstəkləməsi lazımdır, çünki bu, indiki məqamda Rusiyanın qarşısının alınması üçün çox vacibdir.

Hazırda Ukrayna təcili surətdə humanitar yardıma, enerji sektorunun dəstəklənməsinə, operativ kəşfiyyat məlumatlarına, ”MiG-29” qırıcılarına, ”A-10” hücüm təyyarələrinə, Hava Hücumundan Müdafiə sistemlərinə, gəmilər əleyhinə raketlərə və tank əleyhinə sistemlərə böyük ehtiyac duyur. Bu məsələdə vaxt çox böyük əhəmiyyət daşıyır.

O ki qaldı Rusiyaya qarşı yönələcək önləyici tədbirlərə, ABŞ Prezidenti Co Bayden xəbərdarlıqla bildirməlidir ki, bioloji, kimyəvi və nüvə silahlarından istifadə olunması qətiyyətli cavabla qarşılancaq və Rusiya rəhbərliyi istənilən hərbi cinayətinə görə birbaşa məsuliyyət daşıyacaq.

Bütün dünya ukraynalıların çox yaxşı dirəniş göstərirdiyinə şahid olur. Ukrayna Silahlı Qüvvələri yüksək döyüş qabiliyyəti və dəmir iradə nümayiş etdirir. Ukrayna əsgərləri Putinin quru qoşunlarını geri atır, onların təchizat xətlərini kəsirlər.

Bundan sonra Qərb Ukraynanı Hava Hücumundan Müdafiə silahı ilə təchiz etməli və Putinin heç bir təhdidinə boyun əyməməldir. Putin müharibəni qorxutmaq, kütləvi xof, vahimə yaratmaq yoluyla udmaq niyyətindədir. Ukrayna lazımi səviyyədə mübarizə apardıqca, yüksək mücadilə və əzm göstərdikcə, Putin həm öz ordusunu, həm də Rusiya iqtisadiyyatını dağıdacaq”.

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

korrektor 2022-03-23 18:39:07

putini Haaqa məhkəməsi gözləyir. Özü də ömürlük həbs!

Vuqar Memmed.oglu 2022-03-23 16:05:55

Putinin yeganə yolu ,yaponsayagi xarakiri, ona da bunun cəsarəti çatmaz! Bunu tutub ,meymun kimi ..qəfəs..də bütün Dünyaya nümayiş etdirmək lazımdır!

Said 2022-03-23 15:55:51

Putin qaçıb gizlənəcək. İntihar etməyə duxu çatçaz. Rusiyanın kiçik dövlətlərə parçalanması labüddür.

Azər Miskin 2022-03-23 14:54:53

Konfuz bu mülahizə, heç Kiyevin işğalı ilə də bitmir? Bu əslində V.Putin və S.Lavrovun yenidən qurma şərtlərinin qərbə (NATO, Avropa Evi və ABŞa) ultimativ təqdimatıdır! Ətraf aləmi yalnız izolyasiya xilas edə bilər?

Son yazılar