İran İnqilab Keşikçiləri Ordusunun (“SEPAH”) sosial şəbəkə hesabında Azərbaycana hədə-qorxu ehtiva edən paylaşım edilib. Paylaşımda Azərbaycan, İraq, Fələstin, BƏƏ, Bəhreyn, Sokotra arxipelaqı (Yəmən) vahid bir mərkəzdə birləşdirilir.
Sözügedən vahid mərkəz İsrail bayrağının mərkəzində yerləşən Davud ulduzu ilə təsvir edilib.
Daha sonra isə İraqın şimalındakı Ərbil şəhərinin İrana məxsus ballistik raketlərlə vurulması işarə edilərək ivrit dilində bu sözlər yazılıb: “Sizcə, Ərbildə hər şey bitdi? Çox vaxtınız yoxdur...”
Paylaşımla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva "yeniavaz.com"-a bildirib ki, nazirlik məsələdən xəbərdardır: “Əgər açıqlama olarsa, mövqe olarsa, hər kəsə bildiriləcək”.
Həmin paylaşımı təqdim edirik:

Şərhlər
Xəritədən görünür ki, iran Naxçıvanı və Zəngəzuru istəyir. Qulağının dibini görəndə "alacaq"! iran molla rejimi də rusiya kimi tarixin zibilliyinə atılacaq inşaallah!
Sonlarına az qalıb, ona görə də tələsirlər. Keçinin ölümü gələndə başını çobanın çomağına sürtər. rusiya kimi əbləh "imperiya" olan iranın da dağılacağına zərrə qədər şübhə yoxdur. Sepahın manqurt, iylənmiş, bacarıqsız "əsgərləri" Türk ordusu qarşısında acizdir.
İran farsları tarixi xatırlasa daha yaxşı olardı. Onların böyük Kirini kimin öldürdüyünü unutmasınlar.