Menu

Putinin yeni dərdi

03.11.2014, 15:48
Putinin yeni dərdi

Wall Street Journal qəzeti yazır ki, sanskiyalar və güclü dollar Putin üçün dərdə çevrilib.

Sentyabr ayından rubl demək olar ki, hər gün düşürdü. Hazırda ilin əvvəlinə nisbətdə rubl 22 faiz düşüb. Bu dövrdə yalnız Argentina pesosu rubldan çox düşüb.

Sanskiyalar və bahalı dollar beləcə qalmaqda davam etsə, Rusiya şirkətlərinə gücvü zərbə dəyəcək. Rusiya şirkətləri xaricdən ən çox borc alan şirkətlərdir. Moody reytinq agentliyinin ehtimalına görə, Rusiya şirkətlərinin xaricə 315 milyard dollar borcu var. Bu borcu ödəmək üçün, onlar rubl verib, dollar almalıdırlar.

Qəzet yazır ki, əgər Qərbi Avropa və ABŞ Kremlin gələcəkdə irəliləməsinin qarşısını almaqda ciddidirlərsə, onda onlar vəziyyətdən istifadə edib, iqtisadi təzyiqi artırmaq üçün sanskiyaları gücləndirməlidirlər.

ABŞ üçünsə bu vəziyyət onu göstərir ki, güclü dolların strateji vasitə kimi istifadəsi var. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol