Menu

"Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər" - KİV

29.03.2022, 11:16
"Ərdoğan Rusiya nümayəndələri ilə Qarabağdakı vəziyyəti müzakirə edə bilər" - KİV

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna ilə danışıqlar üçün İstanbulda olan Rusiya nümayəndə heyəti ilə Qarabağdakı vəziyyəti də müzakirə edəcəyi istisna deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu diplomatik mənbə bildirib.

“Düzdür, bunun Ukrayna tərəfinə aidiyyatı yoxdur. Amma, ola bilsin, Ərdoğan Rusiya nümayəndə heyəti ilə Qarabağda durumun gərginləşməsinə dair də fikir mübadiləsi aparsın”, - mənbə vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol