Menu

Putinin köməkçisi Ukraynanın təkliflərini konstruktiv adlandırıb

29.03.2022, 19:15
Putinin köməkçisi Ukraynanın təkliflərini konstruktiv adlandırıb

Ukraynanın təklifləri kompromisə doğru konstruktiv addımdır.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu İstanbulda Ukrayna ilə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə rəhbərlik edən Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

O, Rusiyanın Ukraynanın təkliflərini nəzərdən keçirəcəyini vurğulayıb: “Bu, heç bir halda müqavilənin müddəası deyil. Bunlar Ukrayna tərəfinin təklifləridir, biz bunu kompromis əldə etmək üçün konstruktiv addım hesab edirik. Həmin təkliflər Rusiya tərəfindən nəzərdən keçiriləcək və müvafiq cavab veriləcək”.

Şərhlər

Tahir 2022-03-29 19:57:20

İndi tam zamanıdır ki, biri deyə: "Nooollldu Putin? Nə deyirdin 3-4 günə Ukraynanı məglub edərik" 34 gün keçdi Babaqulu demiş heç .ırt da edə bilmədin.. Heyif ki, bunu deyə bilən olmayacaq... Yaxşı meyxana qoşmaq olardı

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol