İçməli su istifadə etmək məqsədilə həyətlərində xüsusi qurğularla su əldə edən vətəndaşlar pul ödəyəcəklər. Bu barədə Nazirlər Kabinetinin təsdiqlədiyi “Sudan ödənişli istifadə Qaydaları” haqqında qərarda qeyd edilib.
Tarif (Qiymət) Şurasına sudan istifadə haqqını (tarifləri) müəyyən etməsi tapşırığı da verilib.
Qərara görə, əgər vətəndaş çaylar, göllər və anbarlardakı sudan istifadə edəcəksə, pul ödəməli olacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi sudan ödənişli istifadə sahəsində yenilikləri açıqlayıb.
Nazir müşaviri Rasim Səttarzadə bildirib ki, bu günədək ölkədə suyun təbii sərvət kimi dəyərinin müəyyən edilməməsi sudan qənaətlə istifadəni təşviq etmədiyi kimi, həm də suyun dəqiq uçotunun və qiymətləndirilməsinin aparılmasını çətinləşdirirdi.
O qeyd edib ki, sudan ödənişli istifadə üzrə tariflərin tətbiq edilməsi su istifadəçilərinin bu sahədə hüquqi-iqtisadi öhdəliklərlə bağlı münasibətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir: "Beynəlxalq təcrübədə, o cümlədən su resursları bol olan ölkələrdə belə təbii su mənbələrindən istifadə ödənişlidir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənən “Sudan ödənişli istifadə Qaydaları” Su Məcəlləsinə əsasən su ehtiyatlarının istifadəsi və mühafizəsi tədbirlərinin iqtisadi tənzimlənməsinin prinsiplərindən biri kimi hazırlanıb. Qaydalara əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək".
R.Səttarzadənin sözlərinə görə, su təsərrüfatı sahəsində fəaliyyət göstərən qurumlar arasında da sudan istifadə ödənişli olacaq: “Sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir”.

Rasim Səttarzadə
Nazir müşaviri suyun həcminə görə ödənişlərin illik su təsərrüfatı balansının göstəriciləri üzrə təhlillərin nəticələri nəzərə alınmaqla tariflər əsasında hesablanacağını bildirib: "Sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq. İstifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi ödənişsiz olacaq”.
O, suyun həcminə görə ödənişlərin həyata keçirilməsi mexanizminə dair təkliflərin üç ay müddətində hazırlanıb Nazirlər Kabinetinə təqdim olunacağını, sudan istifadə haqqının (tariflərinin) isə Tarif Şurası tərəfindən müəyyən ediləcəyini qeyd edib.
Yeraltı su mənbələrindən düzgün istifadəyə görə bütün məsələlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzarət edəcək.
Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov bildirib ki, yeni qərara görə, təbii mənbələrdən və su təsərrüfatı obyektlərində sudan istifadə ilə bağlı ödənişlərin tətbiqini nəzərdə tutur:“Vətəndaş təbii su mənbələrindən istifadə ilə bağlı ilk olaraq, ETSN-ə müraciət edəcək. Onlar istifadə etdikləri suya görə, müəyyən miqdarda ödəniş edəcəklər”.
Nazirlik rəsmisi əlavə edib ki, vətəndaşların həyətlərdə olan quyulardan istifadə etdiyi suyun həcminə görə limit tətbiq ediləcək.

Qeyd edək ki, indiki halda texniki avadanlıqlar və qurğular tətbiq etməklə su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürülməsi isə çaylardan, digər yerüstü və yeraltı su mənbələrindən nasoslarla suyun götürülməsi deməkdir.
Yəni məsələn, Kür çayı sahilindəki kəndlərin sakinləri indiyədək öz əkinlərini suvarmaq üçün çaya nasoslar qoyub suyu havayı götürə bilirdilərsə indi buna görə pul ödəməli olacaqlar. Eləcə də fərdi şəkildə həyətdə artezian quyuları qazdırıb yeraltı mənbələrdən su götürmək daha havayı olmayacaq, bunun üçün pul vermək lazım gələcək. O cümlədən dağ kəndlərində bulaqların suyunu borularla həyətinə çəkib gətirənlər və buna görə heç bir ödəniş etməyənlər də yeni qaydaların təsiri altına düşürlər-onlar da pul ödəməli olacaqlar. Pulsuz suyu isə indi çaylardan, bulaqlardan, digər su mənbələrindən ancaq ovucla, ən yaxşı halda vedrələrlə götürmək olar...
"AzPolitika.info"

Şərhlər
O YIGILAN PULLAR BALALARIVIZIN MORDESIR SUYUNA GETSIN
BEYNƏLXALQ TƏCRÜBƏ NƏ TEZ YADA DÜŞDÜ. UŞAQ PULUNA GƏLƏNDƏ BEYNƏLXALQ TƏCRÜBƏ NİYƏ YADA DÜŞMÜR? .....
Allah millətimizə kömək olsun.....
Kişi pelengin el qolunu bağlayır , götütür balta bıçağı başlayur onun elini ,qolunu ,qulağını,quyruğunu doğramapa ,kesmeye.Peleng yazıq yazıq kişye deyir ki qardaş sen Allah bir el saxla.Kişi dayanır.Peleng deyir:Kişi kimi mene de görüm meni bu pişik boyda olanda buraxassan ya yox.İndi de bizim bu Hökumet.Göresen Havanı da pullu edenden sonra “Xalqın maddi rifah halının daha da yükseldilmesi” Proqramına son betecek ?
İnsan deyir ki , ne deyirem vuruşaq , ancaq men bilmedim bele olacaq ona göre gücümü evde qoymuşam gefim götürüm gelim vuruşaq .Razılaşırlar kişi dönür getsin bir çönğb deyir ki ay peleng öen qorxuram men qayıdana kimi sen qorxub qaçasan çünki pişik göz qabağındadır.Gel senin el qolunu bağlayıb ki men gelene kimi qorxub qaçmayasan.Razılaşırlar
Pişik deyir ki :men de sizin nesildenem ,ancaq men İnsan deyilen varlığın esaretindeyem ki , meni döye döye bu güne salıb .Peleng esebileşerek deyir ki gedek o insandan neslimizin ve senin intiqamını alaq.Gelib yer şümlayan bir neferi tapırlar ve pişik deyir ki bax insan budur buyur.Peleng deyir ki, sen bunu bu güne qoymusan.İnsan baxr bunlara fikre gedir deyir beli.Peleng deyir onda biz gerek vuruşaq.
Yaşasın bele hökumeyi ki , yene xalqın qeydine qalmaq Proqramına dayanmadan emel edir ,ancaq bir şeyi yaddan çıxarır:bizde olan emek haqo ile diger ölkelerdeki emek haqqı arasındakı ferqi.Bu mesele bir meşhyr letifeye oxşayır.Demeli pelengle pişik üz üze gelir ve peleng pişikden soruşur ki qardaş sen de deyesen bizim nesildensen ,ele ise sen niye bele balacasan.
Bu qərar suvarılan nə varsa hamısının qiymət artımına səbəb olacaq.
Yaxşı ki udduğumuz havaya görə hələ pul istəmirlər!
Öz hətimdə qazdırdığım quyuya 720 manat pul vermişəm. Tarif şurası pulumu qaytarsın sonra gətirib sayğacını qursun, necə ola bilər ki, xərcin mən çəkim pulun Q.Əliyev alsın?
Hava yaddan çıxıb cənab tarrif şurası. Xahiş edirəm hamının burnuna və ... sayğac qoyasınız, nə qədər hava udub nə qədər xaric edib. Bunu müəyyən etmək çox vacibdir, oğurluq edə bilərlər.
Onda dövlət neftin pulundan bizede versinde
Yağış suyu yaddan çıxıb. Qərara əlavə etmək lazımdır.
Canni Rodari : "Çippolinonun sərgüzəştləri"
Pul sizi oldursun. Erzaq qitligi zamani lap "duz" qerardi. Cerme cerme cerme......
Eşitdiyimə görə ərəb ölkələrində mənzillərdəki pəncərələrə də vergi qoyulur.Baş nazirimiz bunu da nəzərə almalıdır....
İnsanların halına acıyan yox, cərimələr, haqsız yığımlar......Bizə Allah yetər.
biyabrciliq !!!! derd derd
....Bir dənə qalıb kənd yerlərindəki ayaqyoluna görə vergi ödəmək.....
bu qeder də olmaz
vedrələrlə su götürmək lazımdır. Bir vedrə hara bir ovuc hara.
Bir azdan bu qerarı leğv ederler.İnşaallah
Bolluca nəfəs alın. Birazdan hava da pulla satılacaq)))).
Dövlət nefti,qazı çıxarib satanda bizə pul verir?
Bes yaqis siyu pulsuz olacaq?