Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü Yuri İqnat bildirib ki, Rusiya hərbçiləri Ukraynanı ən çox “Kalibr” və “X-55” raketləri ilə atəşə tutur. Atəş Qara və Xəzər dənizlərinin sularından həyata keçirilir.
O qeyd edib ki, işğalçılar Ukrayna ərazisinə zərbələr endirmək üçün təyyarələrdən istifadə edirlər. İşğalçılar zərbələr üçün “İsgəndər” tipli raketlərdən də istifadə edir, lakin Ukrayna Silahlı Qüvvələri onları vurmağı öyrənib.
İqnat etiraf edib ki, Rusiya ilə müharibə zamanı hətta təyyarə pilotları raketləri vurmağı öyrəniblər.
"Bu çətindir, çünki bir anda bir neçə şərt nəzərə alınmalıdır, lakin mümkündür", - o əlavə edib.
Hərbi Hava Qüvvələri Komandanlığının sözçüsü onu da əlavə edib ki, Yavorivski poliqonu əvvəllər deyildiyi kimi Qara dənizdən deyil, Xəzər dənizi ərazisindən atəşə tutulub.


Şərhlər
Dünya aləmi dini-imandan, sivil numanizm vəd edir! Bəs, dilsiz-haraysız balıqlar hara qaçsınlar? Rəqib raket qurğusunu da vurmağa çalışa bilər?
BES BU NE DERECEDE DUZGUNDUR,UKRAYNA CAVAB ATESI ACSA VE BU BASQA ISTIQAMETE DUSSE NECE? BU SEREFSIZLER LAP AGILLARINI ITIRIBLER!
Azərbaycanın ekologiya naziri çaylarda axan suya vergi qoymağa yox,Rusiyanın raket poliqonuna çevirərək xaraba qoyduğu Xəzər dənizinə sahib çıxmalıdır......