Menu

Bakıda qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb - FOTO

01.04.2022, 13:53
Bakıda qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb - FOTO

Bakıda 30-35 yaşlarında qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Arif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.

Çoxsaylı xəsarətlər alan qadının durumu ağırdır.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Qadının özünü yerə atdığı, yaxud ehtiyatsızlıqdan yerə düşdüyü araşdırmalardan sonra məlum olacaq.

Şərhlər

t.ədalət 2022-04-01 15:12:10

Güman ki qadını yerə atıblar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol