“Rus xalqı Vladimir Putin kimi liderlərin dəli, qəbuledilməz özbaşınalıqlarına görə məsuliyyət daşımır”.
“AzPolitika.info” xəbər verir ki, bunu məşhur fransız aktyor Jerar Depardye “Frans Press”-ə müsahibəsində söyləyib.
Depardye deyib ki, Parisdə gözlənilən 3 çıxışından qazanacağı bütün pulları Ukraynadakı müharibənin qurbanlarına bağışlayacaq.
Qeyd edək ki, Depardye 2015-ci ildə Rusiya vətəndaşlığı alıb. Həmin vaxt o, Putini öz kumiri hesab etdiyini demişdi. Fransız aktyor hətta “Rusiya uğrunda ölməyə” də hazır olduğunu bildirirdi.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər
Bunların öpüşməyindən görünürki Fransasayağı evləniblər?