Menu

“İki tankımız, düşmənin 10 tankını məhv etdi” - Arestoviç Ukrayna ordusunun möcüzəvi döyüşləri barədə

03.04.2022, 00:14
“İki tankımız, düşmənin 10 tankını məhv etdi” - Arestoviç Ukrayna ordusunun möcüzəvi döyüşləri barədə

“Aprelin 2-də Kiyev vilayəti hərbi əməliyyatların əsas istiqaməti olaraq qalıb, burada qoşunlarımız düşməni şimal-qərb və şimal-şərq istiqamətində dövlət sərhədinə doğru qovub. Kiyev vilayətində müdafiəçilərimiz hərb sənətinin möcüzələrini nümayiş etdirirlər”.

Bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

Onun sözlərinə görə, xüsusən Dmitrovka kəndində Ukrayna hərbçiləri əsl qəhrəmanlıq nümayiş etdirib. Burada iki Ukrayna tankı 10 Rusiya tankını və bir neçə PDM-i məhv ediblər.

“Bu hərbi qələbənin və peşəkarlığın möhtəşəm nümunəsidir”, - deyə A.Arestoviç qeyd edib.(Mənbə: Segodnya.ua)

Şərhlər

RR 2022-04-03 04:45:45

Slava Ukrayine !!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol