Menu

Gecə klubundakı partlayışda ölən və yaralananların adları açıqlanır - VİDEO (Yeniləndi)

03.04.2022, 12:00
Gecə klubundakı partlayışda ölən və yaralananların adları açıqlanır - VİDEO (Yeniləndi)

Gecə klubundakı partlayışda ölən şəxsin kimliyi bəlli oldu. Azərbaycan Respublikası Baş Prokurorluğunun məlumatında deyilir ki, partlayış nəticəsində hazırda ölənlərin sayı bir nəfərdir (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova).

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qisminin adları məlum olub.

“Report” xəbər verir ki, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sültanə İlham qızı (1987-ci il təvəllüdlü), Əbdülrəhmanlı Tural Tariel oğlu (1990-cı il təvəllüdlü), Qurbanov Kamran Nəriman oğlu (1996-cı il təvəllüdlü), Bağırova Fəridə Faiq qızı (1989-cu il təvəllüdlü), Fərqanə Eynullayeva (1999), Gülbala Abdullayev, Ələkbərova Ləman Nəcəf qızı (2001), Samira Mahmudlu (1989), Fidan Hüseynova xəsarət alıblar.

Yaralılar ayrı-ayrı xəstəxanalara yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib.

Baş vermiş partlayış zamanı xəsarət alanlardan 2 nəfər xarici ölkə vətəndaşıdır. Belə ki, yaralananlardan italiya vətəndaşı üz çənə zədələnməsi diaqnozu ilə Respublika Klinik Xəstəxanasına yatırılıb, vəziyyəti stabildir.

Seneqal vətəndaşı Nərimanov Tibb Mərkəzinə yerləşdirilib və vəziyyəti ağır olaraq dəyərləndirilir.

***

06:50

3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərin 6-sının vəziyyəti ağır, 12-sinin vəziyyəti orta ağır, 6 nəfərin isə stabil olaraq qiymətləndirilir.

Bu barədə TƏBİB-dən bildirilib.

Xəsarət alan digər şəxlər ambulator yardım alaraq buraxılıb.

TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov yaralılara baş çəkərək, onların vəziyyəti ilə maraqlanıb.

Qeyd edək ki, ilkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

***

05:02

Bakıda partlayış baş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir. Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.

Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

"Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:33 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib", - nazirlikdən bildirilib.

"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən əlavə ediblər.

Bakıda gecə klubunda baş verən partlayış zamanı xəsarət alanların bir qismnin adları məlum olub.

“Report” xəbər verir ki, Səbayel rayonu, Tərlan Əliyarbəyov 13a ünvanında fəaliyyət göstərən gecə klubunda qeydə alınan hadisə zamanı Fətullazadə Ayxan Eldar oğlu (2001-ci il təvəllüdlü), Aslan Quliyev, Cəfərov Rauf Rüfət oğlu, Əsədzadə Rufanə Mais qızı, Məhərrəmov Ramil Ayətşah oğlu (1987-ci il təvəllüdlü), Əliyeva Sülhanə İlham qızı (1987-ci il təvəllüdlü) xəsarət alıblar. Yaralılar 1 saylı Şəhər Klinik Xəstəxanasına (Semaşko) yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili yardım cəlb edilib. Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov da hadisə yerinə gəlib.

Şərhlər

Asif 2022-04-03 12:27:33

Ramazan ayında, gece klubunda ne gəzirsiz ,

RR 2022-04-03 10:41:01

Leman lap ushaqdi,,, Yaxshi yoldadi Allah kômey olsun ))))

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol