Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Əlavə məlumat veriləcək.


Şərhlər
Deyəsən hədəflərdən sonra sabotaj, terror və təxribatlar vasitəsi ilə təhdidlər başlayır. Heç kimin gözləmədiyi bir ZƏFƏR sahibi ölkəyik və bu
ətraf dövlətlərə də təsir edib deyə qısqanclıqlar hökm sürür. Ayıq-- sayıq olmamız çox vacibdir.