Menu

Ukraynada həlak olan uşaqların sayı açıqlanıb

04.04.2022, 13:12
Ukraynada həlak olan uşaqların sayı açıqlanıb

Rusiyanın Ukraynaya hücumu nəticəsində 161 uşaq həlak olub, 264 uşaq isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

APA xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun xəbərində bildirilib.

Qeyd edilib ki, öldürülən uşaqların əksəriyyəti Kiyev vilayətində, Xarkovda, Donetskdə, Çerniqovda, Nikolayevdə, Kiyev şəhərində, Jitomirdə, Xersonda və Sumıda olub.

Müharibə nəticəsində 869 təhsil müəssisəsi zədələnib, onlardan 83-ü tamamilə dağıdılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol