Bakıda yaşayış binasında yanğın baş verib. Yanğın paytaxtın Xətai prospektində yerləşən binalardan birində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb. Mənzil yanğından mühafizə olunub.
Yanğının görüntülərini təqdim edirik:


Şərhlər