Menu

Avropa İttifaqı yeni sanksiyaları müzakirə edir - Almaniya Rusiyadan qaz almağı dayandıra bilər

04.04.2022, 17:29
Avropa İttifaqı yeni sanksiyaları müzakirə edir - Almaniya Rusiyadan qaz almağı dayandıra bilər

Avropa İttifaqı (Aİ) Ukraynadan gələn xəbərlər fonunda Rusiyaya yeni sanksiyaların müzakirəsinə başlayıb.

"AzPolitika.info" Qərb mediasına istinadla xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel aprelin 4-də deyib.

“Biz bütün dünya üçün bu kədərli saatlarda Ukrayna və Ukrayna xalqı ilə tam həmrəyik”, – deyən Borrel yeni sanksiyaların hazırlanmasını "təcili məsələ” adlandırıb.

Almaniyanın Müdafiə naziri Kristin Lambrext ölkəsinin ARD ictimai televiziyasına deyib ki, Avropa rəsmiləri Rusiyadan qaz təchizatının kəsilməsini müzakirə etməli olacaqlar. Almaniya kansleri Olaf Şolts isə daha öncə Rusiyanın enerji ixracına sanksiyalara müqavimət göstərib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol