Menu

SAHİBKARLARA YENİ DƏSTƏK MEXANİZMİ YARADILIR - Baş nazir qərar imzaladı

04.04.2022, 22:00
SAHİBKARLARA YENİ DƏSTƏK MEXANİZMİ YARADILIR - Baş nazir qərar imzaladı

Anti-inflyasiya tədbirləri çərçivəsində sahibkarlığa yeni dəstək mexanizmi yaradılır.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, “Koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirinin azaldılması üçün sahibkarlıq subyektlərinin kreditlərinə dövlət dəstəyinin verilməsi ilə bağlı bir sıra tədbirlər barədə” qərara dəyişiklik edilib. Qərarla minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlar üçün güzəştli maliyyələşdirmə alətlərinə və məhsullarına dair mexanizmlər yaradılması nəzərdə tutulur.

Mexanizmlər üzrə aşağıdakılar təklif olunur:

1. Güzəştli kredit mexanizmi üzrə

Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2022-ci il ərzində minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlara əlavə olaraq xammal tədarükü üçün güzəştli maliyyələşmə

2. Kredit faizlərinin subsidiyalaşdırılması üzrə

Maliyyə xərclərinin azalması və nəticə etibarı ilə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının maya dəyərinin aşağı salınması məqsədilə həmin sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən kreditlər üzrə kredit faizlərinin subsidiyalaşdırılması mexanizminin tətbiqi.

Mexanizm üzrə şərtlər:

- Subsidiyanın müddəti: 1 ilədək;

- Kreditin müddəti: müddətdən asılı olmayaraq;

- Kreditin məbləği: 3 milyon manatadək;

- Kreditin faiz dərəcəsi: faiz dərəcəsindən asılı olmayaraq;

- Faizin subsidiyası: kredit faizinin 10% bəndinə qədər.

Nəzərdə tutulan şərtlər çərçivəsində 150 milyon manat kredit portfeli üzrə maksimum 15 milyon manat faiz subsidiyasının ödənişi həyata keçiriləcək.

Şərhlər

sual 2022-04-04 22:05:47

İnstitusional problemləri olmayan ölkələrdə belə dövlətin iqtisadiyyata (bazara) bir başa müdaxiləsi az səmərəli olur, institusional problemləri olan ölkələr şəraitində isə ələlxüsus. Hollandiyadan ölkəyə inəklərin gətirilməsi və yerli fermerlər arasında ödənişsiz, artırılma məqsədi ilə, paylanması təcrübəsi buna qabarıq nümunədir. Maraqlıdır?! Nazirlər Kabinetinin anti-inflyasiya tədbiri kimi müəyyənləşdirdiyi 1 (bir) illik güzəştli kredit mexanizmi ölkədə istehlak malları istehsalını nə qədər yüksəldə bilər, yaxud istehsal olunan malların qiymətinində nə qədər azalma müəyyənləşdirə bilər ??? Nə birinci, nə də ikinci sual üzrə - heç nə qədər....ölkədə bazar öz qanuna uyğunluqları üzrə inkişaf edir, belə qərarlar isə nə qiymətə, nə də məhsuldarlığa hiss olunacaq dərəcədə təsir göstərə bilməz (əgər ümumiyyətlə təsir göstərərsə) !!!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol