Menu

"Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır" - Lavrov

05.04.2022, 22:20
"Qərb Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır" - Lavrov

Qərb Buça ətrafında isterikanı qızışdıraraq İstanbulda irəliləyiş əldə olunduğu Rusiya-Ukrayna danışıqlarını pozmağa çalışır.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

Onun sözlərinə görə, Buçadakı təxribat Ukraynanın o cümlədən Krımla bağlı mümkün sülh müddəalarını ilk dəfə kağıza köçürdüyü zaman baş verib.

Lavrov İstanbulda Ukrayna ilə danışıqlardan sonra yerlərdə gərginliyin azaldılmasının Rusiya Federasiyasının xoşməramlı jesti oıduğunu söyləyib:

“Rusiya Ukrayna ilə danışıqlar masası arxasında vicdanlı və ardıcıl işləməyə hazırdır”.

Şərhlər

Vətəndaş 2022-04-06 00:18:11

Rusiya heç vaxt danışıqlarında səmimi olmayıb.44 günlük qarabağ müharibəsində bütün Azərbaycan bunun şahidi olub.Sülh müqaviləsi imzalanan zaman Şuşaya və Bakıya Iskəndər raketlərini atmasını heç kim unutmayıb.Erməni terrorçularını Qarabağda saxlayan da Rusiyadır.Nə qədər ki Rusiya var qonşu ölkələrdə heç vaxt əmin amanlıq olmayacaq,Birinci Dərin getmiş Pyotrun parçala və hökm sür siyasət davam edəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol