Menu

"Buçada baş verənlər danışıqlar prosesinə kölgə saldı" - Mövlud Çavuşoğlu

07.04.2022, 17:28
"Buçada baş verənlər danışıqlar prosesinə kölgə saldı" - Mövlud Çavuşoğlu

“Həm Rusiya, həm də Ukrayna ilə dialoqumuz davam edir”.

“Report” xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.

“Bu gün biz müzakirələrin gedişatı barədə danışdıq. Buçada baş verənlər proseslərə kölgə saldı. Amma təşəbbüslərimizi davam etdiririk. Ən qısa vaxtda sülhün olmasına çalışırq”, - o bildirib.

Qeyd edək ki, bu gün Belçikanın paytaxtı Brüsseldə “Böyük yeddilər” ölkələri (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) və NATO xarici işlər nazirlərinin birgə iclası keçirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol