“RUSİYANI BU SANKSİYALAR DİZ ÇÖKDÜRƏCƏK...” – 10 istiqamət üzrə görüləcək əsas tədbirlər açıqlandı

“”Sanksiya koalisiyası”nın fəaliyyət birliyi təşkil olunmalı, Ukrayna orada moderator olmalıdır”

Ukrayna müharibəsində yaşanan qanlı hadisələr Rusiyanın əsl niyyətini aydın şəkildə göstərir. Başlıca məqsəd nəyin bahasına olursa-olsun Ukraynanı bir dövlət kimi siyasi xəritədən silməkdir. ABŞ və Avropa Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə və Ukraynaya silah yollamaqla Kremli cəzalandırır, ancaq görünən odur ki, bu tədbirlərin daha da sərtləşdirilməsinə gərək var.

“AzPolitika.info” sözügedən məsələylə bağlı Ukraynanın “Obozrevatel.com” portalında dərc olunan materialların bir qismini oxuculara təqdim edir:

“Rusiyaya qarşı sanksiyalar cəbhəsində müəyyən ahəngsizlik hiss edilir. Bu sanksiyaların səmərəliliyi üçün “sanksiya koalisiyası”nın fəaliyyət birliyi təşkil olunmalı, Ukrayna isə orada moderator kimi çıxış etməlidir.

Ukrayna, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, Yaponiya və Avropa Birliyinin koordinasiyalı hərəkəti minlərlə insan həyatının xilas olunmasına və Ukraynanın ərazi bütövlüyünün təmin edilməsinə gətirib çıxarmalıdır. Bu gün Rusiyanın neft və qazdan qazandığı hər bir dollar/avro/rubl Ukraynaya tuşlanan gülləyə, mərmiyə raketə çevrilir. Ona görə də təcavüzkarın layiqincə cəzalandırılması üçün təxirə salınmadan müəyyən tədbirlərin görülməsi vacibdir.

Hazırda Avropa Birliyi Rusiya gəmilərinin öz limanlarına girməsinə qadağa qoyub. Bundan əlavə Avropa Birliyi Rusiyanın və Belarusun avtomobil yük daşımalarını bloklayıb. Bütün bunlar sanksiyalardan qaçmağın qarşısını kəsmək üçün çox yaxşı addımlardır, lakin təcavüzkarın nəfəsini kəsmək istiqamətində görüləcək digər mühüm tədbirlər də var:

1.Hava məkanının bağlanması. Artıq 32 ölkə öz hava məkanını Rusiya təyyarələrinin üzünə qapadıb, amma dünyada Ukraynanı müstəqil ölkə kimi tanıyan 195 dövlət var. Ona görə də Rusiya təyyarələrinin uçmaması üçün daha çox hava məkanı qapatmaq lazımdır.

Hazırkı vəziyyət: Hələ ki, əlavə məhdudiyyətlər qoyulmayıb.

2.Lizinq təyyarələrinin geri alınması. Mülki təyyarələr standart formada lizinq mexanizmindən istifadə edirlər. Rusiyadakı əksər mülki təyyarələr lizinq proqramı ilə əldə olunub. Elə etmək lazımdır ki, Rusiya havaya qaldırmağa təyyarə tapmasın.

Hazırkı vəziyyət: Hazırda lizinq şirkətləri təyyarələri geri qaytarmağı tələb etməyə başlayıblar. Bu məsələylə bağlı artıq beynəlxalq arbitraja da müraciət edilib. Şübhəsiz ki, bu məhkəmədə lizinq şirkətləri qalib gələcəklər. Təyyarələrin lizinqə verilməsi üzrə böyük şirkətlərdən olan “AerCap” 3,5 milyard dollar dəyərindəki təyyarələrinin oğurlanması barədə iddia qaldırıb.

3.Rusiya gəmilərinin dünyanın dəniz və çay limanlarına girişinə qadağa qoyulsun. Böyük Britaniya artıq Rusiya bayrağı altında üzən və ya Rusiya tərəfindən istismar olunan istənilən gəmini öz dəniz limanlarına buraxmır.

Hazırkı vəziyyət: Avropa Birliyi dəniz limanları ilə bağlı qərarını verib.

4. Çarter(kirayəyə götürülmüş) gəmilərin müqaviləsi ləğv edilməlidir. Aviasiya ilə bağlı anologiyanın dəniz sferasında da tətbiq olunması vacibdir. Burada kirayə mexanizmi “time charter/bareboat charter” vasitəsilə həyata keçirilir.

Hazırkı vəziyyət: Hələ ki, gözləyirik.

5. Poçt. Putin “Ümumdünya Poçt İttifaqı”ndan çıxarılmalıdır. Rusiyanın bütün müxbirlərini və poçtunu dünya sistemindən kənarlaşdırmaq lazımdır.

Hazırkı vəziyyət: Hələ ki, gözləyirik.

6.Rusiya ilə dəmir yolu əlaqəsi kəsilməli və yük daşımaları durdurulmalıdır. Rusiyaya dispetçer xidmətləri göstərilməməli və bu ölkə ilə istənilən gediş-gəlişə qadağa qoymalıdır. Ukrayna öz ərazisinə soxulmuş təcavüzkarın əlaqə yollarını partladır, avropalılar isə bunu mülki üsullarla edə bilərlər.

Hazırkı vəziyyət: Finlandiya Rusiyanın Avropa Birliyi ilə sərnişin daşıma əlaqəsini qırıb, yalnız Kalininqrad ilə əlaqə qalıb. Beynəlxalq Dəmir Yolu İttifaqı(İnternational Union of Railways- IUR) Rusiya və Belarusun dəmir yollarını və onların fililallarını öz heyətindən çıxarıb.

7.Avtomobil daşımaları. Rusiya Federasiyasını “Nəqliyyat Nazirliklərinin Avropa Konfransı”ndan xaric etmək gərəkdir. Bu qurum 42 ölkə ərazisində yük daşımalarının çoxtərəfli icazəsini təşkil edir. Rusiya üçün daşınacaq yüklərin qeydiyyat sənədləri ləğv olunmalıdır.

Hazırkı vəziyyət: Avropa Birliyi üzv ölkələrinin xətti ilə Rusiyaya avtomobil yük daşımalarının qeydiyyatının ləğvi gözlənilir.

8.Yollar. Rusiyadan bitium alınması dayandırılmalı, yolların tikintisi üçün onlara heç bir texnika verilməməlidir. Qoy, ”axmaqlar və yollar” yalnız rusların özü üçün qalsın.

Hazırkı vəziyyət: İzləyirik.

9.Turizm. Rusiya Federasiyasının təcavüzünə qarşı birləşən Avropa ölkələri Rusiya vətəndaşlarına viza verilməsini dayandırmalıdır. Qərb dünyasına müharibə elan edən ölkə Şimali Koreyaya dönüşməli və turizmdən təcrid edilməldir. Xarici turizm agentlikləri “boking.com”-un ardından rusiyalıların bu cür imkanlardan yararlanmasına yol verməməlidir.

Hazırkı vəziyyət: ”booking.com”-la yanaşı “airbnb” də Rusiya və Belarus vətəndaşlarına göstərilən turizm xidmətini məhdudlaşdırıblar.

10.BMT Ukraynanın infrastrukturuna vurduğu zərbəyə görə Rusiyadan reaparasiya tələb etməldir. Bəli, bütün bunları Ukraynanın raketləri, tankları dağtmayıb!

Hazırkı vəziyyət: Dəymiş ziyanın hesablanması aparılır və hər şey sənədləşdirilir. Yerdə qalan odur ki, dünya icitimaiyyəti bu caniləri məsluiyyətə cəlb etsin!”

V. Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

Elmira 2022-04-10 09:16:27

Rus xalqı düzələn deyil, çünki imperiya təfəkkürü onun qanına hopub. Amma özü isə cılız məxluqdurlar! Ukrainada vəhşilikləri onu bir də təsdiqlədi. Ermənilər də vəhşilikdə ruslara oxşayıblar.

Seyid ƏNHU 2022-04-08 23:13:09

Biri-birindən cazibədar, biri-birindən gözəl sanksiyaardır. Putinin sağ əli dostlarının başına.

Türk Turan 2022-04-08 17:10:44

İkiüzlü liderlərin ambisiyalarına insanlar qurban gedir. Dünya birliyi istəsəydi, bir neçə gün ərzində rusiyaya diz çökdürərdi. Lakin bunu istəməyən amerika müharibənin uzanmasına çalışır ki, avropa və Çin arasındakı iqtisadi münasibətlər daha çox zərər görsün.

Cəmşid Dərələyəzli 2022-04-08 13:31:08

Nə yazıq ki, müştebehlik, yekəxanalıq, hər bir dövlətə üstən aşağı baxmaq sonda o kesə, o ölkəyə elə bir bəla gətirir ki, baş qalır bax beləcə ədə, ha sığalla ki oradan bir çarə çıxacaq. Amma çətin. Ona görə də Rusiya vətndaşları artıq bu batan gəminin sükanını ələ keçirməli, Putini və komandasını dərhal hakimiyyətdən uzaqlaşdırmalıdrlar. Yoxsa bu müştebehliyin sonu heç də yaxşı görsənmir. Nə yazıq ki, bu fəlakət danyaya, xüsusən də bölgə dövlətlərinə böyük ziyan və mehrumiyyətlər gətirəcək. Bunun isə açarı isə indiki halda, yenə də deyirəm, Rusiya xalqının öz əlindədir.

korrektor 2022-04-08 12:38:11

Çox təsirli tələblərdir. Əgər bu tələblərə əməl olunsa rusiya çökəcək!

Son yazılar