Pentaqon ilk dəfə olaraq Donbassdakı əməliyyat üçün Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb. Bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Senatın Silahlı Qüvvələr Komitəsinin qarşısında çıxış edərkən söyləyib.
Biz onlara (Ukraynanı nəzərdə tutur-red) Donbassda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim etmişik, bu, doğrudur”, – deyə ABŞ müdafiə naziri vurğulayıb.
Qeyd edək ki, Ağ Ev bu ayın əvvəlində bəyan etmişdi ki, ABŞ Rusiyanın planları və hərəkətləri ilə bağlı Ukraynaya əhəmiyyətli miqdarda ətraflı və vaxtında kəşfiyyat məlumatı göndərib. (Mənbə: Segodnya)


Şərhlər
Böyük Britaniya və ABŞ-ın kəşfiyyatı dünyanın ən güclü məlumatları əsasında aparılır.MDB dövlətləri ərazisində baş verənlərin hamısı haqqında onlarda dəqiq məlumatlar var.Rusiyaya gizli yardım göstərmək istəyənlər hamısı tələyə düşəcəklər.