Menu

“Rusiya heç vaxt tabe durumda olmayacaq” - Rusiya XİN

12.04.2022, 00:08
“Rusiya heç vaxt tabe durumda olmayacaq” - Rusiya XİN

Rusiya öz tarixi və ənənələri ilə dünyanın elə ölkələrindən biridir ki, heç vaxt tabe vəziyyətdə olmayacaq.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov «Rusiya-24» telekanalına müsahibəsində bəyan edib.

«Rusiya, əlbəttə ki, öz tarixi, öz ənənələri ilə elə ölkələrdən biridir ki, heç vaxt tabe vəziyyətdə olmayacaq. Biz, yalnız beynəlxalq birliyin bərabər hüquqlu, bölünməz təhlükəsizlik şərti ilə üzvü ola bilərik…» - Lavrov qeyd edib.

P.S. 1962-ci ildə Karib böhranı zamanı SSRİ-nin rəhbəri N.S.Xruşov ayaqqabısı ilə tribunanı döyəcləyərək, BMT TŞ kürsüsündən demişdi: «SSRİ dünyada sülh naminə daşı-daş üstündə qoymayacaq».

Gorbagor Jirinovski isə bir neçə il əvvəl demişdi: «Ruslar respublika sözünü anlamırlar, onlar yalnız imperiya sözünü başa düşürlər».

Lavrovun bəyanatı bunlarla necə həmahəng səslərir…

AzPolitika.info

Şərhlər

Eli 2022-04-12 02:33:35

Gorbagor Jirinovski dğz deyib.Ona göre de Dünya bu gün ruslara “Respublika nedir?” kelamını qandırmağa çalışırlar,o da qansalar,ancaq inandırıcı görünmür.Çünki bu sözü anlamaq üçün ayıq baş lazımdır ki onu da Rusiyada heç vaxt heç kim tapa bilmeyib.

Türk Turan 2022-04-12 01:31:07

İnsanlar Allahın yolundan uzaqlaşdıqları üçün aləmlərin Rəbbi bu əclaflar vasitəsilə hələ çox bəlalar göndərəcək. Allah imanımızı kamil eləsin! Allah qorusun bizi!

t.ədalət 2022-04-12 00:33:52

Lavrovun dediyindən belə anlaşılır ki,Rusiya tabe duruma düşəcək.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol