Menu

Britaniyalılar konserv və tualet kağızı ehtiyatı toplamağa başlayıblar

14.04.2022, 00:04
Britaniyalılar konserv və tualet kağızı ehtiyatı toplamağa başlayıblar

Rusiyaya qarşı tətbiq olunan sanksiyalar fonunda ərzaq məhsullarının, enerji resurslarının və digər malların qiymətlərinin dayanmadan atması Böyük Britaniya sakinlərini ərzaq məhsulları və ilkin ehtiyac duyulan predmetlər almağa məcbur edir.

Bu barədə Barclaycard şirkəti tərəfindən aparılmış tədqiqatlara istinadla, «The Daily Telegraph» nəşri yazıb.

İstehlakçılar arasında makarona, konservlərə, çaya, kofeyə, təmizləyici vasitələrə və tualet kağızına tələbat daha böyükdür. Britaniyalıların çoxu dərmanları, xüsusilə parasetamolu alırlar. Bundan başqa, avtomobilçilər yanacağın qiymətinin əhəmiyyətli dərəcədə qalxmasını nəzərə alaraq, şəxsi nəqliyyatdan daha az istifadə etməyə çalışırlar.

Bundan əvəl, Almaniyanın «Focus Online» nəşri xəbər vermişdi ki, Almaniya vətəndaşları tez-tez enerjinin qiymətinin qalxması səbəbilə maliyyə çətinlikləri ilə qarşılaşırlar. Son məlumatlara görə, demək olar, hər 7 almandan biri özünün gündəlik pul xərclərinin təmin olunmasında çətinlik çəkir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol