Kreml ötən gün Ukrayna xüsusi xidmət orqanları tərəfindən həbs olunan Putinin “kirvəsi”, qızının “xaç atası” və Ukraynanın rusiyameylli “5-ci kolon”unun əsas fiquru sayılan, vətənə xəyanət maddəsilə ittiham olunan Viktor Medvedçuka sahib çıxmaq istəmir.
“AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Putinin sözçüsü Dmitri Peskov Volodimir Zelenskinin Medvedçuku ukraynalı hərbi əsirlərə dəyişmək təklifinə münasibət bildirib.
Peskov deyib ki, Medvedçuk Rusiyanın yox, başqa ölkənin, yəni Ukraynanın vətəndaşıdır: “O, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir və biz bilmirik ki, o, bunu (ukraynalı əsirlərlə dəyişdirilərək, Rusiyaya verilməsini-red.) istəyirmi”.
Qeyd edək ki, Medvedçukun həbsilə bağlı Zelenski paylaşım edəndən sonra ilk olaraq, Peskov bunun feyk xəbər olduğuna eyham vurmuşdu.
“AzPolitika.info”


Şərhlər