“PUTİN UKRAYNANI MƏHZ BUNA GÖRƏ MÜTLƏQ MƏHV ETMƏK İSTƏYİR” – “Kreml rejiminin fundamental problemləri var”

“Onun qarşısında yerinə yetirilməsi mümkün olmayan tapşırıq durub”

Heç kimə sirr deyil ki, Putinin əsas strateji məqsədi Rusiyanı SSRİ kimi fövqəldövlət görməkdir. Kreml öz strateji planını həyata keçirmək yolunda daxili auditoriyanın mühüm rolunu yaddan çıxarmayıb. Xeyli müddətdir ki, təbliğat maşınının köməyi ilə ilk növbədə kütlələrə Rusiyanın keçmişdəki hansısa əfsanəvi nəhəngliyindən bəhs edilir.

İkinci istiqamət isə düşmən obrazının yaradılmasıdır. Artıq Moskvanın gözündə düşmən Qərb dünyası ilə inteqrasiya qurmaq istəyən Ukraynadır. Putinin əsatirləşdirdiyi “rus dünyası” Qərb sivilizasiyasına qarşı alternativ kimi təqdim olunur. Ancaq unutmayaq ki, tarix bu cür avantürist ideyaları dəfələrlə öz axivinin bir küncünə atıb...

“AzPolitika.infoxəbər verir ki, ABŞ-ın “Project Syndicate” portalında dərc olunan “Putinin Z hərfli dünya müharibəsi” başlıqlı məqalədə Rusiyanın işğalçılıq ambisiyalarına toxunulur. Həmin məqləni qısa ixtisarla təqdim edirik: ”Qərb dünyası Ukrayna xalqının Vladimir Putinin despotik qəddarlığına qarşı necə cəsarətlə müqavimət göstərdiyini heyranlıqla müşahidə edir. Bu müharibədə Ukraynanın təcavüzkara layiqli cavab verməsi üçün ABŞ və Avropa ona misli görünməmiş humanitar və hərbi yardım göstərir.

Qərbin “dünya nizamı ideyası” ümumilikdə insan haqlarına söykənir, Putinin “rus dünyası konsepsiyası” isə yalnız öz həmvətənlərinin hüquqlarının qorunmasına əsaslanır.

Putin rejimi özünün dünya arenasındakı indiki periferiya vəziyyətini gizlətmək üçün Rusiyanın böyük keçmişinin ideallaşdırılmış versiyasını yaradıb. Hər cür cəhdlə Rusiyanın “nəhəngliyini” öz şəxsiyyətiylə eyniləşdirən Putin keçmişin karikaturasına söykənən rejim qurub.

Böyük Vətən Müharibəsi(Stalinin İkinci Dünya Müharibəsinə verdiyi ad) rusların SSRİ-nin dağılmasından sonrakı dövrdə də saxladıqları yeganə əsatirdir. Ona görə də bu əsatir Rusiyanın indiki siyasətində mərkəzi rol oynayır.

Sovet repressiyaları və “QULAQ” düşərgələrinin tarixi barədə susan Kreml öz hakimiyyətinin legitimliyi üçün yeni ideoloji baza yaradıb. Bu ideoloji baza Putinin yeganə lüğət ehtiyatıdır və bütün çılpaqlığı ilə rejimin əsl mahiyyətini göstərir. Kremlin istifadə etdiyi –“denasifikasiya”, ”demilitrizasiya”, ”soyqırımın qarşısının alınması” kimi terminlər onun apardığı müharibəyə bəraət qazandırılması üçün lazımdır və bütün bunların hamısı həmin əfsanədən qaynaqlanır. Paradoks olsa da, bu termindən nə vaxtsa nasizmin məğlubiyyətini ifadə etmək üçün istifadə olunub. Ancaq qəribədir ki, indi Rusiyadakı hərbi faşist diktaturası bu termini öz təcavüzünü əsaslandırmaq üçün istifadə edir.

Heç təsadüfi deyil ki, Putinin müharibəsi( bu müharibə Ukrayna üçün Böyük Vətən müharibəsidir) İkinci Dünya Müharibəsi ruhundakı metod və vasitələrlə aparılır.

Putinin Ukrayna ilə bağlı dəliliyi məhz faşist xarakterlidir. Çünki Ukrayna ruspərəst prezident Yanukoviçi devirən Maydanın təcəssümüdür. Bu ssenarini Putin özü və rejimi üçün dəhşət hesab edir. Maydanın kabusu uzun müddət Putini təqib edib və bu kabusun gətirdiyi qorxu onun öz ölkəsi daxilində yad fikri əzməsinə və Belarus, Suriya və Qazaxıstanda rejim dəyişikliyi istəyənlərin qarşısını almaq üçün hərbi təcavüzə əl atmasına səbəb olub.

Putin Ukraynanı daim “Rusiya əleyhinə dövlət” adlandırıb, əslində isə o, Rusiyanı “Ukrayna əleyhinə dövlətə” və ya “Mayadan əlehyinə dövlətə” çevirib. Onun başlıca məqsədi öz rejiminə qarşı cücərən istənilən siyasi alternativin məhv edilməsidir. Putinin düşüncəsinə görə Ukrayna məhz belə bir alternativin təcəssümüdür və o. mütləq məhv edilməlidir.

Əgər Putinin istənilən müxalifəti məhv etmək üçün apardığı siyasi müharibə və kütlələrin beynini zəhərləyən təbliğat maşını olmasaydı, onun deqradasiyaya uğramış rejiminə qarşı inqliab baş qaldıracaqdı. Ona görə də Putini əks-inqilabçı hesab etmək olar. Rusiya hakimiyyətinin nə qədər güclü görünməyə çalışmasına baxmayaraq, onun fundamental problemləri var, çünki onu idarə edənlər hələ ki, hakimiyyətin ötürülməsi mexanizmini düşünüb tapmayıblar.

Hazırda Putin zamana qarşı vuruşur. Belə ki, onun qarşısında yerinə yetirilməsi mümükün olmayan tapşırıq durub. Bu, hakimiyyətdə əbədi qalmaq istəyidir. Putin Hans Xristian Andersonun “Qar kraliçası” nağılındakı balaca Kay kimi ona hədiyyə edilmiş buz parçaları ilə “əbədiyyət” sözünün necə yazılacağını bilmir.

Putinin SSRİ-nin dağılmasından sonra qəlpələrə ayrılmış hissələrdən ortalığa çıxara biləcəyi mahiyyət yalnız üç hərflə ifadə olunur: ”W”, ”A”, ”R”, indi isə “Z” peyda olub (WAR ingiliscə müharibə deməkdir).

Ukraynada gedən döyüşlərin geniş miqyaslı dünya müharibəsinə dönüşəcəyinin əlamətləri hələ ki, görünmür. Amma bir şey tam aydındır ki, bu müharibə müxtəlif dünyalar arasında gedən müharibədir və indi bütün dünya üçün həqiqət anıdır. ”Z” hərfi latın əlifbasının son hərfidir və ondan sonra heç nə gəlmir və heç bir əbədiyyət yoxdur, yalnız boşluq var”.

Vaqif Nəsibov

“AzPolitika.info”

635x100

Şərhlər

turan 2022-04-15 15:45:35

Heç kim başa düşə bilmir ki, bunlar bir oyundur və bu oyunun sonu şər imperiyasının kiçik dövlətlərə parçalanmasıdır.

Son yazılar