Menu

Azərbaycanda ilk dəfə hemofiliyanın ağır formasının müalicəsinə başlanılır

15.04.2022, 11:58
Azərbaycanda ilk dəfə hemofiliyanın ağır formasının müalicəsinə başlanılır

Bu il Azərbaycanda ilk dəfə hemofiliyanın inhibitor forması olan 3 ağır xəstəni müalicə etməyi planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Elmira Qədimova deyib.

Onun sözlərinə görə, hemofiliya müxtəlif lokalizasiyalı və intensivli qanaxmalar ilə xarakterizə olunan ağır irsi qan xəstəliyidir: "Xəstəlik resessiv əlamətlərlə ötürülən irsi koaqulopatiya olaraq müxtəlif qanaxma və qansızmalarla müşahidə edilir".


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol