Menu

“Müharibəni tez bitirməyin bir yolu var” – Ukrayna Prezident Ofisi

19.04.2022, 13:47
“Müharibəni tez bitirməyin bir yolu var” – Ukrayna Prezident Ofisi

“Aparıcı təhlilçilər deyir ki, uzunmüddətli müharibə bütün dünyada ərzaq böhranı yarada bilər. Müharibəni tezliklə bitirməyin yeganə yolu isə Ukraynanı silahlandırmaq və Rusiyanı neft və qaz embarqosu ilə gücdən salmaqdır”.

“AzPolitika.info” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri və sözçüsü, eləcə də Ukraynanı Rusiya ilə danışıqlarda təmsil edən Mixail Podolyak özünün sosial şəbəkə səhifəsindəki paylaşımında bildirib.

Podolyakın fikrincə, müharibəni tezliklə yekunlaşdırmaq lazımdır ki, dünya ərzaq qıtlığı və kəskin bahalaşma ilə üz-üzə qalmasın. Onun dediyinə görə, Ukraynadakı savaşa göz yuman və eyni zamanda da qiymət artımından qorxan dövlətlərin özləri nəticədə həm müharibə, həm də kəskin bahalaşma ilə üz-üzə qalacaqlar.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol