Qubada qətl hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirilib. Daha sonra o damarlarını kəsərək intihar edib.
Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.
Birgə nikahdan onların 3 övladı var.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Şərhlər