Menu

Milli Məclis dövlət büdcəsi layihəsinin müzakirələrinə başladı

04.11.2014, 15:27
Milli Məclis dövlət büdcəsi layihəsinin müzakirələrinə başladı

Noyabrın 4-də Milli Məclisin iqtisadi siyasət, sosial siyasət, aqrar siyasət, təhlükəsizlik və müdafiə, təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında 2015-ci il dövlət büdcəsi haqqında qanun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirələri başlayıb.

AzərTAc xəbər verir ki, müzakirələrə maliyyə naziri Samir Şərifov da qatılıb.

Büdcə müzakirələri noyabrın 5-də parlamentin digər komitələrinin birgə iclasında davam edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol