Menu

BMT baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüş istəyib

20.04.2022, 21:01
BMT baş katibi Rusiya və Ukrayna prezidentləri ilə görüş istəyib

BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna prezidentləri Vladimir Putinlə Volodimir Zelenskidən onu müvafiq olaraq Moskva və Kiyevdə qəbul etməyi istəyib.

"Report" xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə baş katibin nümayəndəsi Stefan Düjarrik bildirib.

Aprelin 19-da müvafiq məktublar Rusiya və Ukraynanın daimi nümayəndələrinə təqdim edilib.

Düjarrik qeyd edib ki, Quterreş iki prezidentlə Ukraynada sülhün bərqərar olması üçün təcili tədbirləri, eləcə də çoxtərəfli münasibətlərin gələcəyini müzakirə etmək istəyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol