Menu

ABŞ Ukraynaya Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplanmasına kömək edir

22.04.2022, 09:20
ABŞ Ukraynaya Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplanmasına kömək edir

“ABŞ Ukraynaya Rusiyanın hərbi cinayətlərinə dair sübutların toplanmasına kömək edir”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu ABŞ-ın Baş prokuroru Merrik Qarland deyib.

“İndi biz Ukraynanın Baş Prokurorluğu ilə əlaqə saxlayırıq və kömək edirik. Biz mümkün müharibə cinayətlərinə aid faktların yığılmasına yardım edirik”, - o bildirib.

Qeyd edək ki, martın sonunda ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynadakı hərəkətlərini hərbi cinayət kimi qiymətləndirmişdi.

ABŞ-ın baş prokuroru Merrik Qarland bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya Moskvanın təcavüzünə başlayandan bəri Rusiya qüvvələrinin törətdiyi hərbi cinayətlərə dair sübutların toplanmasına və təmin olunmasına kömək edir.

Beynəlxalq Cinayət Məhkəməsi 42 ölkənin müraciəti əsasında Rusiyanın Ukraynaya müdaxiləsi nəticəsində baş vermiş hərbi cinayətlərlə bağlı istintaqa başlanıldığını elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol