Menu

"Aİ ölkələri konsensusa gələ bilmir" - Borrel

25.04.2022, 09:03
"Aİ ölkələri konsensusa gələ bilmir" - Borrel

“Avropa İttifaqı (Aİ) ölkələri hazırda Rusiyadan qaz və neft tədarükünə embarqo qoyulması ilə bağlı konsensusa gələ bilmir”.

“Report” xəbər verir ki, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel Almaniyanın “Die Welt” qəzetinə müsahibəsində açıqlayıb.

“Hazırda bizim Aİ-də bu məsələ ilə bağlı vahid mövqeyimiz yoxdur”, - J.Borrell bildirib.

Eyni zamanda o əlavə edib ki, bu həm də Rusiyadan neft və qaz idxalına görə cərimə rüsumları daxil olmaqla, alternativ sanksiyalara da aiddir. Avropa diplomatiyasının rəhbərinin sözlərinə görə, bu cür tədbirlər Rusiya Prezidenti Vladimir Putinə təzyiq göstərmək və onu Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar masasına oturtmaq üçün lazımdır.

Bununla birgə, J.Borrell bu mövzunun mayın sonunda keçiriləcək növbəti Aİ sammitində yenidən müzakirə ediləcəyini və o vaxta qədər diskussiyanın davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, bəzi Aİ-yə üzv dövlətlər embarqoları və ya cərimə rüsumlarını dəstəkləməyəcəklərini açıq şəkildə bəyan ediblər və beləliklə, yekun təklif hələ müzakirəyə çıxarılmayıb.

Jozep Borrel qeyd edib ki, bir neçə həftə ərzində Aİ artıq Rusiyadan enerji tədarükündən asılılığını əhəmiyyətli dərəcədə azaldıb: “Rusiya qazından imtina etmək istəyiriksə, bizə yetərincə alternativ qaz tədarükü mənbələrinə ehtiyacımız var. Nə vaxtsa bu baş verəcək və o zaman Rusiya neft və qaz biznesindən əldə olunan gəlirlərin itiriləcəyini ağır şəkildə hiss edəcək”.

Şərhlər

Borrelə Qarabağdan 2022-04-25 10:23:54

Konsensus arayanlara-1 Rusiyaya=əhalisinə hər hansı EMBARQO gərək deyil. 2 Kremlə Müharibəni dayandırmaq düşüncəsi üçün bir həftə zaman vermək, əks təqdirdə Rusiya dövlətinə-Kremlə qarşı hər tərəfli müharibə ultimatumu-nota bəyan edilməsi məqsədyönlü görünür?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol