Menu

Simonyanın əri Qazaxıstanı təhdid etdi – “Ukraynaya diqqətlə baxın...”

27.04.2022, 18:21
Simonyanın əri Qazaxıstanı təhdid etdi – “Ukraynaya diqqətlə baxın...”

Kremlin əsas təbliğatçılarından olan Marqarita Simonyanın əri Tiqran Keosayan öz verilişində Qazaxıstanı təhdid edib.

“AzPolitika.info” xəbər verir ki, “erməni əsilli rus vətənpərvəri” Keosayan Qazaxıstanın Rusiya ilə bağlı siyasətini tənqid edib və onu Ukraynanın vəziyyətinə salmaqla hədələyib: “Ukraynaya diqqətlə baxın, ciddi düşünün. Düşünürəm ki, bizim səlahiyyətli şəxslərin də (Qazaxıstanla-red.) əlaqələrin səviyyəsini yenidən qiymətləndirməsi lazımdır”.

Simonyanın əri Rusiyanın ətrafındakı ölkələrin tərəf seçməli olduğunu deyib və birmənalı olaraq Rusiyanı dəstəkləməyənlərin düşmən elan edilməli olduğunu bildirib. Kremlin təbliğat maşının vintciklərindən biri olan Keosayan Moskvanın Qazaxıstan hakimiyyətini xilas etdiyini, əvəzində isə bu ölkədə 9 may “Qələbə paradı”nın təxirə salındığını və bunun onda hiddət doğurduğunu qeyd edib.

Xatırladaq ki, Qazaxıstan 2020 və 2021-ci illərdə pandemiya səbəbindən 9 May paradını keçirməkdən imtina etmişdi. İki həftə əvvəl isə Qazaxıstan hökuməti bu il də parad keçirməyəcəyini bəyan edib və bu qərarı ilə Rusiyadakı imperiya sevdalılarını hiddətləndirib.

Qazaxıstanlı sosial şəbəkə istifadəçiləri təxribatçı ifadələrinə görə Keosayanı “topa tutublar”. Simonyanı da ərinin “gözünə qatan” qazaxlar bu təhdidlərin rəsmi orqanlar tərəfindən cavablandırılmasını tələb ediblər.

Qazaxıstan Xarici İşlər Nazirıyinin sözçüsü Aybek Smadiyarov Keosayanın Qazaxıstana girişinə qadağa qoyulacağını və onun adının “arzuolunmaz şəxslər” siyahısına salınacağını bildirib. Həmçinin, qeyd edib ki, Keosayanın fikirləri “Qazaxıstanla Rusiya arasındakı münasibətlər atmosferini zəhərləməyə” xidmət edir.

“AzPolitika.info”

Şərhlər

Veteran 2022-04-28 15:54:30

Hər ikiniz rus köpəklərinin ayaq altısınılz.Kül olsun sizin o donuz başınıza ay "böyük" rus xalqı.Görün sizin xaraba qalmış kremlinizdə kimlər bayquşluq edir.

zaur 2022-04-28 11:04:52

Rusların hal-hazırda dünyada "nail" olduqları bu günki düşmən obrazının formalaşmasını bu erməni-rus vətənpəvərləri yaradıblar. Ruslar deyəsən tək qışda deyil, digər fəsillərdədə uzun müddət yatırlar)

Hatəm 2022-04-28 08:34:51

Elə zahiri görnüşü onun nən dərəcədə şərəfsiz olduğunu göstərir. Şeytanın balası.........

T.T 2022-04-28 00:25:24

Ala bu simonyanlardı nə zibildi bilmirəm bu erməni adı gələndə havalanıramda rədd olsun yanlar

Xalx 2022-04-27 19:43:59

Ay gic erməni, ölkələr elə Ukraynaya baxandan sonra rusları it yerinə qoymurlar də...

turan 2022-04-27 19:43:48

Bu erməni özbaşına danışmır, onu danışdıranlar bu ilin axırına kimi məhv olacaqlar.

İvan 2022-04-27 19:38:47

ermənilər osmanlıya necə xəyanət ediblərsə Prezident Putin- eynisinidə sizə qarşı edəcəklər--Rusiyada o ağllı ruslar tükənibmi ki səni hansı millətin bəlli otxodları müdafiə edir--noyan topanı izləsələr doğru dedyimi bilərlər

Roma 2022-04-27 19:00:11

Bu bicbala özünü nə hesab edir, Kreml bu ər-arvadın ipini çox buraxıb ki, hürsünlər...

Eli 2022-04-27 18:33:20

“Yaşa” qucaq milleti :arvad birinin qucağında ,”Kişi” digerinin ,bilinmşr kime hansı mezhebe qulluq edirler teki kimse bunlar tula oayı bersin kimin üstüne şstesen hürerler.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol