Menu

Pekində bütün məktəblər bağlanır

29.04.2022, 23:07
Pekində bütün məktəblər bağlanır

Çinin paytaxtı Pekində COVID-19-a yoluxma hallarının artması ilə əlaqədar əlverişsiz epidemioloji vəziyyətə görə bütün məktəbləri bağlamaq qərarına gəliblər.

Qərara əsasən, cümə günündən etibarən şəhərin bütün məktəbləri fəaliyyətini dayandıracaq. Eyni zamanda, Pekin hökuməti təhsil müəssisələrinin nə vaxt açılacağını dəqiqləşdirməyib. Məktəblilərin distant təhsil imkanının olub-olmayacağı və imtahana hazırlaşanların dərslərə qayıdıb-qayıtmayacağı hələlik bəlli deyil.

Son bir həftə ərzində Pekində COVID-19-a 150 yoluxma hadisəsi aşkar edilib, onlardan 50-si cümə axşamı qeydə alınıb. Məktəblərdə və uşaq bağçalarında 30-dan çox yoluxma aşkarlanıb.(Mənbə: Sky News)

Şərhlər

Helime 2022-04-29 23:32:15

Bu cinlilerin elinden , biz ag gune cixmayacagiq. Ne pis shey var, ordan gelir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol