Menu

Britaniya kəşfiyyatı Rusiya ordusunun son vəziyyəti ilə bağlı məlumat yayıb

02.05.2022, 09:29
Britaniya kəşfiyyatı Rusiya ordusunun son vəziyyəti ilə bağlı məlumat yayıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin hazırkı durumu ilə bağlı məlumat yayıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Britaniya MN-nin tviter səhifəsində dərc olunub.

“Münaqişənin başlanğıcında Rusiya 120-dən çox tabor taktiki qrupları, yəni bütün quru döyüş gücünün təxminən 65 faizini işə salıb. Çox güman ki, bu bölmələrin dörddəbirindən çoxu hazırda sıradan çıxarılıb. Hava Desant Qüvvələri də daxil olmaqla Rusiyanın ən elit bölmələrindən bəziləri taqətdən düşüb. Yəqin ki, Rusiyaya bu qüvvələri bərpa etmək üçün illər lazım olacaq”, - paylaşımda qeyd olunub.

Şərhlər

t.ədalət 2022-05-02 09:56:02

Sovet dövründəki güc respublikaların hesabına idi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol