Menu

Finlandiya Rusiya ilə müharibəyə tam hazırdır – Sığınacaqlarda futbol meydançası belə var (FOTOLAR)

05.05.2022, 16:45
Finlandiya Rusiya ilə müharibəyə tam hazırdır – Sığınacaqlarda futbol meydançası belə var (FOTOLAR)

Ukraynadakı işğaldan sonra NATO-ya üzv olmaq məsələsini müzakirə etməyə başlayan Finlandiya, Putinin müharibə hədələriylə üzləşib. Finlandiya baş verə biləcək mümkün müharibə risklərinə qarşı əhalisini yerləşdirəcəyi sığınacaqları beynəlxalq media mənsublarına təqdim edib.

“AzPoltika.info” beynəlxalq KİV-lərə istinadla xəbər verir ki, Finlandiya hökumətinin tikdiyi bunkerlərdə uşaqlar üçün oyun meydançaları, hovuzlar, istirahət yerləri və futbol meydançası belə var.

Məlumatda qeyd olunur ki, sığınacaqlar nüvə, bioloji və kimyəvi hücumlara qarşı davamlıdır, 54 min sığınacaqda 4,4 milyon insan yerləşdirilə bilər.

Məlumata əlavə edilir ki, təkcə Helsinki şəhərində 900 mindən çox insan tutumuna malik olan 5500 sığınacaq mövcuddur.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol