“Putin ukraynalılara qarşı çox yumşaq davranır. Biz Ukraynanın böyük şəhərlərinə nəzarəti ələ keçirmək üçün ağır bombardmanları davam etdirməliyik”.
“AzPolitika.info” xəbər verir ki, bunu Çeçenistan başçısı Ramzan Kadırov teleqramda videomüraciətində bəyan edib.
“Biz ikinci mərhələyə başlamalıyıq və Xarkov, Kiyev, Xerson da daxil olmaqla, bütün şəhərlərə tam daxil olub administrasiya qurmalıyıq”, - Kadırov deyib.
O, bildirib ki, Rusiya onunla əlaqə qurmaq istəyən ölkələrlə dialoqu davam etdirməlidir: “Sanksiya istəyirlərsə, biz sanksiyalara qarşı mübarizə apararıq. Onlar müharibə istəyirsə, döyüşməyə hazırıq. Bir döyüşçü kimi dövlət rəhbərliyindən xahiş edirəm ki, bu qərarı qəbul etsin. Cənab Putin, sizin əmrinizi gözləyirik. Yoldaş Ali Baş Komandan, əsgərləriniz daim hazırdır”.
“AzPolitika.info”


Şərhlər
Alcaq
Nə putini rus xalqı, nə kadırovu çeçen xalqı maraqlandırmır. Hazırda putin və onun dostları vahimə içində həyat uğrunda mübarizə aparırlar. Onlar ömrünün dəyərini ölümöncəsi anlamağa başlayıblar. Ancaq daha gecdir. Vurnuxmağın xeyri yoxdur. Ey özünü tiran bilənlər, alçaldıcı və rüsvayedici ölümü qəbul edin. Düz qapınızın önündədir. Mən bu anı illərlə gözləmişəm. Gözümün kökü saralıncaya qədər gözləmişəm. Təkcə öz millətimə görə yox , Tanrının bütün bəndələrinə görə. Əmin idim ki, millətləri xoşbəxt olmağa qoymayan azğınlaşmış dikdatorlardır . Heç kim onlara cəza arzulamasın. Çünki onların cəzası dünyəvi qanunlarına sığmır. Bilmirəm Baydenə necə təşəkkür, ALLAHA necə şükr edim.
Həmişə belə olub: Axmaq, aglına yox qolunun gücünə güvənən, tutduğu mövqenin mahiyyətini anlamayan, dövlət işini lotuluqla idarə etmək istəyənlərin çətin anda elə özləri, davranışları problemə çevrilir. Kadırovun Çeçenistana başçı qoyulmasının özü Rus adlı dövlət üçün açıqca pozordur. Avara oglü avara..