"Görünən odur ki, müxalifət kritik sayda kütləni etraz aksiyalarına toplaya bilmir. Ayrı-ayrı yerlərdə təxribatlar törətməyə gücləri çatır, amma dövlət sistemini iflic etməyə hələ ki, nail ola bilmirlər".
Bunu Ermənistanda gedən prosesləri "AzPolitika.info"-ya şərh edən politoloq Fərhad Məmmədov bildirib.
Ekspert Paşinyanın passiv reaksiyasının hakimiyyət qollarının birində ciddi problemlər olduğuna dair şübhələr yaratdığını bildirir. "Belə görünür, Baş nazir problemləri həll etməyə çalışır", - o qeyd edib.
F.Məmmədov Ermənistanın Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryanın dediyi fikirlərə diqqət çəkir: "Qriqoriyanın dediyinə görə, Paşinyan hakimiyyəti Azərbaycandan Qarabağ ermənilərinə dair açıqlamalar gözləyir ki, Paşinyan Qarabağdan imtina etmir, ermənilərin fiziki təhlükəsizliyinin və hüquqlarının qorunmasına Azərbaycan təminat verir. Bu kontekstdə hadisələrin hansı məcrada inkişaf etməsi yaxın bir həftə - on gün ərzində özünü göstərəcək. Çünki müxalifətin fəallığı tələbələrin yay imtahan ssesiyasına qədər indiki səviyyədə qala bilər".
"AzPolitika.info"


Şərhlər