Menu

Putin İsrailin baş nazirinə zəng edib

05.05.2022, 19:42
Putin İsrailin baş nazirinə zəng edib

Rusiya prezidenti Vladimir Putinlə İsrail baş naziri Naftali Bennet arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Rusiya dövlətinin başçısı Naftali Benneti və İsrail xalqını bu gün qeyd olunan milli bayram - Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edib. Rusiya-İsrail dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi və iki ölkə rəhbərliyi arasında faydalı əlaqələrin davam etdirilməsində qarşılıqlı maraq ifadə olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol