Menu

Laçında avtomobil aşıb, ölən var... - “Ural” hərbi təyinatlı olub? (Yenilənib)

09.05.2022, 11:55
Laçında avtomobil aşıb, ölən var... - “Ural” hərbi təyinatlı olub? (Yenilənib)

Müdafiə Nazirliyi Laçında qəzaya uğrayan “Ural” markalı avtomobilin hərbi təyinatlı olması iddialarına cavab verib. Qurumdan verilən məlumata görə, Nazirliyin tabeliyinə aid hərbi hissələrdə belə bir hadisə baş verməyib.

Qeyd edək ki, qəzaya uğrayan yük maşınının hərbi təyinatlı olduğu iddia edilirdi.

***

Laçında avtomobil aşıb, ölən var.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 6-da saat 17 radələrində rayonun Seyidlər kəndi ərazisində Namiq Səmədov idarə etdiyi “Ural” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.

Laçın Rayon Polis Şöbəsində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol