Menu

Sumqayıtda məşhur şirkətin avtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var

11.05.2022, 11:26
Sumqayıtda məşhur şirkətin avtobusu qəzaya uğrayıb - Xəsarət alanlar var

Bu gün səhər saatlarında Bakı-Quba yolunun Sumqayıt Texnologiyalar Parkından keçən hissəsində "Hyundai" markalı mikroavtobus qəza törədib.

"Report" xəbər verir ki, qəza nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, Təcili Tibbi Yardım Stansiyasına xəsarət alanların olması ilə bağlı çağırış daxil olub: "Həmin şəxslər Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün buraxılıb".

Hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, qəza nəticəsində xəsarət alanlar "METAK" şirkətinin əməkdaşları olub. Mikroavtobus da həmin şirkətə məxsus olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol