Menu

Tahir Əmiraslanov vəzifəsindən azad edilməsindən danışdı

13.05.2022, 14:30
Tahir Əmiraslanov vəzifəsindən azad edilməsindən danışdı

Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılmasına münasibət bildirib. Bu barədə o öz “Facebook” hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Düzü heç bir açıqlama vermək istəmirdim. Amma dünəndən yüzlərlə jurnalist zəng edir.

Zəhmət olmasa, sözlərimi yozmayın.

1. Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir. Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər.

2. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram.

3. Orxan Fikrətoğlunu çoxdan tanıyıram. Aramızda salam var. Ona yeni işində uğur arzulayıram.

4. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi. Müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm mərkəz, həm assosiasiya müqaviləni dəstəkləyir.

5. Biz dövlət və milli maraqları, şəxsi və korporativ maraqlardan üstün bilirik.

Başqa jurnalist yozmalarına inanmayın”.

***

“Bu barədə heç bir şərh verməyəcəyəm. Milli Kulinariya Mərkəzi Dövlət Turizm Agentliyinin tabeliyindədir və bütün məlumatları oradan öyrənin”.

Bunu “Report”un əməkdaşına Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin direktoru vəzifəsindən çıxarılması barədə suala cavabında deyib.

O qeyd edib ki, Milli Kulinariya Assosiasiyasının rəhbəri kimi fəaliyyətini davam etdirəcək: “Bu vəzifəmdə nə zamana kimi qalacağımı da bilmirəm”.

Dövlət Turizm Agentliyindən isə mövzu ilə bağlı açıqlama veriləcəyi bildirilib.

Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.

Şərhlər

Duz soz 2022-05-13 18:51:11

Nazirlikler agentlikler ve komiteler icinde en xitriy, sessiz, hiylegercesine altdan altdan isleyen varsa bu turizm agentliyinin sedri fuad nagiyevin ozune birinci muavin teyin etdirdiyi azade huseynovadir. Kisi ki qadinin qarmagina ilisdi, vesselam.

Kamal 2022-05-13 15:41:12

Yemək bişirmək hər kəsin bacardığı bir iş olduğu kimi yazı-pozu da artıq yutublaşıb. Yəni, tavtalogiyadansa tavada bişmiş nə isə yaxşıdı. Qarın tox olanda, acgözlük də aşağı düşür…

Sözsüz 2022-05-13 14:07:12

Turizm agentliyinin sədri fuad və fuadın anası sayəsində onun çox yaxın yaxın yaxın dostuna çevrilən azadə hüseynova iş başındadır. Azadə öz qohumlarını dost tanışını başına yığmağa davam edir. Kimin sayəsində? Əlbətdəki yaxın dostu fuadın. Bilməyən yoxdur.

Mubariz 2022-05-13 13:11:15

Maraqlıdır , Orxan Fikrətoğlu gürcü xəngəli pişirə biləcək ? düzü bir zaman hörmət bəsləyirdim ,sonralar bunun da sifəti bəlli oldu , imtina edib deyə bilərdi ki ,mənim sahəm deyil ,görünən odur ki ,vəzifə olsun ,förq etməz ,biz nə gündəyik İlahi

Camaat 2022-05-13 12:45:59

Atın qabağına ət ,.............qabağına ot məsələsi. Ay Orxan deyilən adam,sən heç utanmadınmı bu təklifə razı oldun. Amma bunlarda utanan sifət yoxdur. Ayıb olsun sənə. Özüdə gör kimi əvəzləmisən.Allah buna görə sənə heç xeyir verməsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol