Ukraynada bir milyon sakin səfərbər olunacaq

Rəsmi Kiyev Ukraynada bir milyon insanı səfərbər etmək istəyir.

APA xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Oleksiy Reznikov “Facebook” səhifəsində yazıb.

“Ukraynanın müdafiə potensialının artırılmasını təmin edəcək proseslərə başlanılıb. Biz Rusiyaya müqavimət göstərəcək bir milyon insanı səfərbər etməyə fokuslanmışıq”, - deyə Reznikov bildirib.

“Strana.ua” nəşri qeyd edir ki, Ukrayna hakimiyyəti ilk dəfə olaraq orduya səfərbər etmək istədiyi vətəndaşların sayını açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar